Buraxılış tarixi: 30.04.2021
Platformalar: PS5
Yaradıcı: Housemarque
İstehsalçı: Sony Interactive Entertainment
“Returnal” üçüncü şəxs perspektivli şuter və psixoloji horror (third-person shooter; psychological horror ing.) janrlarındadır. Unreal Engine 4 mühərrikində hazırlanan bu oyun yalnız PlayStation 5 konsolu üçün nəzərdə tutulub. Təknəfərlik süjet kampaniyasından ibarət olan “Returnal”da hadisələr təhlükəli mühitə malik Atropos planetində cərəyan edir.

“Returnal”ı PlayStation 5 konsolunun dəstəklədiyi funksiyalara tam uyğunlaşdırılan ilk “AAA” təsnifatlı oyun da adlandırırlar. Belə ki, DualSense qeympadının haptik əks əlaqə funksiyası oyun qeympleyinin mühüm elementlərindən biri hesab olunur. Bununla yanaşı oyun qabaqcıl 3D audio səs effektlərini də dəstəkləyir.
Süjetə görə
Baş qəhrəman Selena “Helios” adlı kosmik gəmidə Atropos planetində qəzaya uğrayır. Baş verənləri anlamağa çalışan Selena zaman dövrü tələsinə düşür. Buna görə də, o, hər dəfə ölərkən yenidən dirilir. Atroposda anomaliya təsiri altında fövqəladə qabiliyyət əldə edən qəhrəman müəmmalı “Ağ Kölgə”nin mənbəyini tapmağa çalışır. Bu onun yeganə çıxış yolu ola bilər.
Returnal oyununun qeympley videosunu təqdim edirik: