Buraxılış tarixi: 22.03.2019
Platformalar: PC, PS4, Xbox one
Yaradıcı: From Software
İstehsalçı: Activision
“From Software” şirkətinin məhsulu olan “Sekiro: Shadows Die Twice” (Sekiro: Kölgələr iki dəfə olür. Az.) oyunu bu şirkətin əvvəl istehsal etdiyi “Dark Souls” oyun seriyasını xatırladır. Sözsüz ki, bu oyunda qrafik göstəricilər və digər xüsusiyyətlər daha da inkişaf etdirilərək günün tələblərinə uyğunlaşdırılmışdır.
Bu oyunda hadisələr XV-XVII əsr Yaponiya feodalizm dövründə cərəyan edir. Baş qəhrəman qisas hissi ilə yaşayır. O bir şinobidir və vassaldır, öz cənabından asılı vəziyyətdədir. Lakin biz oyunu oynayarkən bu asılılığın bir qədər simvolik olduğunu da görə bilərik. Oyunda baş qəhrəmanın adı açıqlanmasa da hamı ona “Sekiro” deyə müraciət edir. Sekiro tək əlli canavar deməkdir. Sözsüz ki, baş qəhrəmanın da bir əli yoxdur və onu ələ bənzər bir mexanizm əvəz edir. Sekironun özəlliklərinə gəldikdə isə bu təkmilləşdirilə bilən əldən savayı onun sonluğunda caynağı olan bir kəndiri və katanası var.
Oyundakı abu-hava orta əsrlər Yaponiyasına uyğun yaradılaraq bir qədər fentezi çalarları əlavə olunub ki, bu da sözü gedən oyunu daha da maraqlı edir. Əgər siz “Dark Souls” tipli oyunları sevirsinizsə və çətin maneələri özünüzə bir çağrı kimi qəbul edirsinizsə, onda bu oyun məhz sizin üçündür!
Gameplay-i Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel Core i3-2100 / AMD FX-6300
• GPU: NVIDIA GeForce GTX 760 / AMD Radeon HD 7950
• RAM: 4 Gb
• DirectX: 11.0
Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 10
• CPU: Intel Core i5-2500K / AMD Ryzen 5 1400
• GPU: NVIDIA GeForce GTX 970 / AMD Radeon RX 570
• RAM: 8 Gb
• DirectX: 11.0