Shadow Warrior 3 oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri
- Buraxılış tarixi: 01.03.2022
- Platformalar: PC, PS4, Xbox One
- Yaradıcı: Flying Wild Hog
- İstehsalçı: Devolver Digital
“Shadow Warrior 3” birinci şəxs perspektivli şuter və macəra janrlarındadır. Oyun Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib. “Shadow Warrior” seriyasının 3-cü hissəsi və “Shadow Warrior 2” oyununun davamıdır. Yalnız tək nəfərlik oyun rejimini dəstəkləyir.
“Shadow Warrior 3” oyununda baş qəhrəman rəqibləri ilə həm yaxın, həm də uzaq məsafədən döyüşmək imkanına malikdir. O, uzaq məsafədə müxtəlif çeşidli odlu silahlardan, yaxın döyüşdə isə əsasən katanadan (samuray qılıncı) istifadə edir. Oyunda rəqib qismində həm insanlara, həm də əfsanəvi varlıqlara rast gəlmək olar.

“Shadow Warrior 3” həmçinin yeni növ silahlar, qeympley elementləri və animasiyalar ilə də zəngindir. Oyunda yeni növ silahlar süjet kampaniyasındakı proqresdən asılı olaraq tədricən açılır. Seriyanın digər hissələrində olduğu kimi dinamik qeympley konsepsiyası olduğu kimi qalır. Döyüşlər əsasən müəyyən lokal məkanlarda başlayır və orada da bitir. Oyunda hər bir məkanın özünəməxsus xüsusiyyəti var. Belə ki, oyunçu ətrafda olan müxtəlif vasitələrdən istifadə edərək rəqibləri üzərində müəyyən üstünlük əldə edə bilər. Qeympleyin bu xüsusiyyəti belə məkanları bir növ fərqli döyüş meydanlarına çevirir. Oxşar qeympleyi “DOOM Eternal” oyununda da müşahidə etmək olar.






Süjetə görə
Oyunda hadisələr xəyali “yeni feodal” dövründə Yaponiyada cərəyan edir. Baş qəhrəman Lo Vanq əbədi həbsə məhkum olan qüdrətli əjdahanı təsadüfən azadlığa buraxır. İndi, o, təpədən dırnağa silahlanıb insan ayağı dəyməyən yerlərə səyahət etməli və həmin əjdahanı tapmalıdır. Əjdahaya və digər əfsanəvi varlıqlara qalib gəlmək üçün isə Lo Vanqın ölü tanrının maskasına, əjdaha yumurtasına və bir qədər də magiyaya ehtiyacı var.
Shadow Warrior 3 oyununun qeympley treylerini təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 64 bit
• CPU: Intel® Core™ i5 3470 / AMD Phenom II X4 965
• GPU: NVIDIA®GeForce® GTX 760 / AMD Radeon R7 260X
• RAM: 8 GB
• Diskdə boş yer: 31 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 6950X / AMD Ryzen™ 7 2700
• GPU: NVIDIA®GeForce® GTX 1080 / AMD Radeon RX 5700
• DirectX: 12
• RAM: 8 GB
• Diskdə boş yer: 31 GB