Buraxılış tarixi: 19.11.2019
Platformalar: PC, PS4
Yaradıcı: YS Net, Neilo, YSNET inc.
İstehsalçı: Deep Silver
“Shenmue 3” oyunu “Shenmue” oyun seriyasının növbəti hissəsidir və fanatlarının dəstəyi ilə yaradılmış əvvəlki iki hissə ilə sıx bağlıdır. Buna baxmayaraq “Shenmue 3” oyunu əvvəlki hissələrdəki hadisələri davam etdirmir, əksinə daha əvvəl baş verən hadisələrdən bəhs edir. Oyunun qrafik göstəriciləri və döyüş sistemi təkmilləşdirilmişdir. Süjetə görə baş qəhrəman Ryo Hadzuki qətlə yetirilmiş atasının qisası hissi ilə yaşayır. Məhz buna görə də, o, öz döyüş ustalığını təkmilləşdirmək məqsədilə müxtəlif Çin şəhərlərinə və kəndlərinə səyahət edir. Bununla yanaşı isə Ryo Feniks Güzgüsünün sirrini açmaq üçün yerli camaatdan həqiqəti öyrənməyə çalışmalıdır.
Shenmue 3 oyununun gameplay videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel Core i5-4460 və ya ekvivalenti
• GPU: nVidia GeForce GTX 650 Ti və ya ekvivalenti
• RAM: 4 Gb
• DirectX: 11
• Diskdə boş yer: 100 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 yalnız 64 bit
• CPU: Intel Core i7-7700 və ya ekvivalenti
• GPU: nVidia GeForce GTX 1070 və ya ekvivalenti
• RAM: 16 Gb
• DirectX: 11
• Diskdə boş yer: 100 Gb