Oyunlar

Sifu

Sifu oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley videosu və PC üçün sistem tələbləri

  • Buraxılış tarixi: 08.02.2022
  • Platformalar: PC, PS4 / PS5
  • Yaradıcı: Sloclap
  • İstehsalçı: Sloclap

“Sifu” üçüncü şəxs perspektivli “beat ’em up”ekşen-macəra janrlarındadır. Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib. Oyun məzmunu yalnız tək nəfərlik süjet kampaniyasından ibarətdir.

Unikal qeympley xüsusiyyətinə malik olan “Sifu” oyununda baş qəhrəman daim öz ustalıq dərəcəsini artıran gənc kunq-fu döyüşçüsüdür. O, hər məğlubiyyətdən sonra daha da güclənir və müdrikləşir, lakin əvəzində yaşlanır.

Baş qəhrəman rəqibləri ilə əlbəyaxa və ya soyuq silah ilə döyüşə bilər. Eləcə də oyun xəritəsinin yaratdığı imkanları nəzərə alıb onlardan öz xeyrinə istifadə edə bilər. Əlbəyaxa döyüş üçün oyunda 150-dən çox fərqli animasiya yaradılıb.
Oyun açıq dünyalı olmadığından məkanlar adətən dəhliz tilplidir. Buna baxmayaraq, hadisələr fərqli məkanlarda cərəyan etdiyi üçün oyunun bu xüsusiyyəti oyunçunu yormur.

Süjetə görə

Oyunda hadisələr Çin şəhərlərindən birində cərəyan edir. Günlərin birində Fajar, Sean, Kuroki, Jinfeng və Yang adlı 5 güclü döyüş ustası baş qəhrəmanın olduğu döyüş məktəbinə hücum edirlər. Onlar qarşılarına çıxan hər kəsi, eləcə də məktəbin sifusu və onun oğlunu (baş qəhrəman) öldürürlər. Baş qəhrəman isə sehrli talismanın gücü ilə yenidən dirilir. 8 il ərzində, o, Yang və tərəfkeşlərindən qisas almaq məqsədilə döyüş sənətində ustalığını artırır. İndi, o, ailəsinin qanını yerdə qoymamaq üçün qatilləri tapıb öldürməlidir.

Sifu oyununun qeympley videosunu sizə təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 8.1 64 bit
• CPU: Intel® Core™ i5 3470 / AMD FX-4350
• GPU: NVIDIA®GeForce® GT 640 / AMD R7 250
• RAM: 8 GB
• Diskdə boş yer: 22 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 6700K / AMD FX-9590
• GPU: NVIDIA®GeForce® GTX 970 / AMD Radeon R9 390X
• RAM: 10 GB
• Diskdə boş yer: 22 GB