Oyunlar

Sniper: Ghost Warrior Contracts 2

Buraxılış tarixi: 04.06.2021

Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S

Yaradıcı: CI Games

İstehsalçı: CI Games


 

“Sniper: Ghost Warrior Contracts 2” gizli oyun (stealth ing.) elementlərini özündə ehtiva edən birinci şəxs perspektivli taktiki şuter (shooter ing.) janrındadır. Cry Engine oyun mühərrikində ərsəyə gətirilən “Sniper: Ghost Warrior Contracts 2” oyunu “Sniper: Ghost Warrior” seriyasına daxildir və “Sniper: Ghost Warrior Contracts” oyununun sikveli, yəni davamıdır.

Oyun təknəfərlik süjet kampaniyası ilə yanaşı çoxnəfərlik rejimi də dəstəkləyir. Süjet kampaniyası 21 əsas müqavilə və bir neçə əlavə tapşırıqlardan ibarətdir.

Süjetə görə

Oyunda hadisələr yaxın şərqdə – Livan və Suriya sərhədində cərəyan edir. Əsas qəhrəman “Raven” adlı muzdlu döyüşçüdür. O, silsilə sifarişləri icra edərək hədəfləri məhv edib başa verə biləcək faciəvi müharibənin qarşısını almalıdır.

Əvvəlki hissə ilə müqayisədə “Sniper: Ghost Warrior Contracts 2” qeympleyində təkamül edərək tapşırıqları daha da qəlizləşdirmişdir. Oyun seriyasında ilk dəfə hədəflər 1000 metrdən uzaq məsafədə də yerləşə bilər.

Sniper: Ghost Warrior Contracts 2 oyununun treyleri:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 8.1 / 10 64 bit
• CPU: Intel® Core™ i5 7600 / AMD Ryzen 5 1600
• GPU: Nvidia GeForce GTX 970 / AMD Radeon™ RX 580
• RAM: 8 GB
• DircetX: 11
• Diskdə boş yer: 20 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 8.1 / 10 64 bit
• CPU: Intel® Core™ i7 7700 / AMD Ryzen 7 1700
• GPU: Nvidia GeForce GTX 1070 / AMD Radeon™ 5600 XT
• RAM: 16 GB
• DirectX: 11
• Diskdə boş yer: 20 GB

Əvvəlki Məqalə
Ratchet & Clank: Rift Apart
Növbəti Məqalə
Chivalry 2