Buraxılış tarixi: 09.03.2021
Platformalar: PC
Yaradıcı: FireFly Studios
İstehsalçı: FireFly Studios
“Stronghold: Warlords” oyunu strategiya janrındadır. Oyun xəritəsi şərqi asiyanı, dövran isə e.ə 3-cü əsrdən etibarən orta əsrlərədək olan müddəti əhatə edir.
“Stronghold: Warlords” özündə 4 fərqli millətin mədəniyyətini cəmləşdirir. Buraya monqol oxatanlar, çin imperiyasının nizəatanları, samuraylar və leddermenlər daxildir. Hər bir millətin özünəməxsus memarlıq stili, döyüş taktikası və silah təchizatı var. Seçim imkanın geniş olması döyüş, yürüş, strateji mövqeləri ələ keçirmə və mühasirə zamanı fərqli taktikalardan yararlanmağa şərait yaradır. Oyunun unikal xüsusiyyətlərindən biri də süni intellekt tərəfindən idarə olunan sərkərdələri cəlb etmək imkanıdır.
“Stronghold: Warlords” internet şəbəkəsi vasitəsilə kooperativ oyun rejimini dəstəkləyir, eləcə də bir neçə süjet kampaniyasını ehtiva edir.
Stronghold: Warlords oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 64 bit
• CPU: Intel® Core™ i5 3330 (3 GHz) və ya analoqu
• GPU: nVidia GeForce GTX 680 / AMD Radeon™ HD 7970
• RAM: 8 Gb
• DircetX: 9
• Diskdə boş yer: 6 Gb
• Şəbəkə: Genişzolaqlı internet bağlantısı
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 64 bit
• CPU: Intel® Core™ i7 3770 (3,4 GHz) və ya analoqu
• GPU: nVidia GeForce GTX 970 / AMD Radeon™ R9 290
• RAM: 16 Gb
• DirectX: 9
• Diskdə boş yer: 6 Gb
• Şəbəkə: Genişzolaqlı internet bağlantısı