The Dark Pictures: House of Ashes oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley videosu və PC üçün sistem tələbləri
- Buraxılış tarixi: 22.10.2021
- Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S
- Yaradıcı: Supermassive Games
- İstehsalçı: Bandai Namco Entertainment
“The Dark Pictures Anthology” interaktiv oyun seriyasının 3-cü hissəsi olan “House of Ashes” qorxu və macəra janrlarındadır. Oyun üçüncü şəxs perspektivlidir və Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib.
“The Dark Pictures Anthology: House of Ashes” həm tək nəfərlik, həm də 5 nəfərədək oyunçunun iştirak edə biləcəyi çox nəfərlik (lokal və şəbəkə) oyun rejimlərini dəstəkləyir.

Seriyanın digər hissələri kimi “House of Ashes” də kinematoqrafik üslubdadır və əvvəlki hissələrə bağlı olmayan müstəqil və çoxşaxəli süjet xətti var. Ümumi konsepsiya isə dəyişməz olaraq qalır. Bu oyunda da idarəetməsi oyunçuya həvalə olunan bir qrup personajın taleyi bilavasitə oyunçunun süjetin həlledici məqamlarında qəbul etdiyi qərarlarına söykənir.
Süjetə görə
Oyunda hadisələr 2003-cü ildə İraqda cərəyan edir. ABŞ və İraq arasında mövcud olan münaqişənin yekunlaşdığı bir dövrdə Mərkəzi Kəşfiyyat İdarəsinin agenti və bir qrup hərbçi İraq ərazisində yerləşən Zaqros dağlarına yola düşürlər. Tapşırığa əsasən onlar burada gizli kimyəvi silah fabrikasının mövcudluğunu yoxlamalıdırlar. Təyinat nöqtəsinə çatdıqda, onlar yerli patrul dəstəsi və komandir serjant Salim Otmanın pusqusuna düşürlər. Elə bu zaman zəl-zələ nəticəsində hər iki dəstə yerdə yaranan çuxurdan qədim şumer məbəd düşürlər. Qədim məbəd isə çağırılmayan qonaqları ac, iyrənc və qorxunc məxluqlarla qarşılayır. İndi onlar aralarında olan münaqişəni unudaraq sağ qalmaq uğrunda mübarizə aparmaq üçün birləşməlidirlər.
The Dark Pictures Anthology: House of Ashes oyununun qeympley videosunu təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 3470 / AMD FX 8350
• GPU: NVIDIA®GeForce® GTX 970 / AMD Radeon R9 290X
• RAM: 8 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 8400 / AMD Ryzen 5 1600
• GPU: NVIDIA®GeForce® GTX 1070 / AMD Radeon RX Vega 56
• RAM: 8 GB