Oyunlar

The Division 2: Warlords of New York

Buraxılış tarixi: 03.03.2020

Platformalar: PC, PS4, Xbox One

Yaradıcı: Massive Entertainment

İstehsalçı: Ubisoft


“The Division 2: Warlords of New York” – “Tom Clancy’s The Division 2” oyununa olan nəhəng bir əlavədir. The Division 2 oyununda hadisələr ABŞ-ın Vaşinqton şəhərində cərəyan edir. Yeni əlavə ilə isə adından da göründüyü kimi oyunçular Vaşinqton şəhərindən Nyu York şəhərinə yollanacaqlar. “The Division 2: Warlords of New York” əlavəsi əsl süjeti inkişaf etdirir və onun davamı (sikvel) kimi çıxış edir. Süjetə əsasən oyunun baş mənfi obrazı olan Aaron Kiner özü kimi “reneqat” olan 4 nəfərlik dəstəsi ilə Nyu Yorkun strateji əhəməiyyətli yerlərindən biri olan aşağı Manhetteni ələ keçirirlər. Qorxmaz “Division” isə vəziyyəti dəyişmək Aaron Kiner və onun dəstəsini oradan qovmaq üçün Nyu York şəhərinə yollanır.
Lakin bu hələ son deyil. Yeni əlavə ilə oyuna 40-cı səviyyəyədək yüksəlmək imkanı, yeni silahlar və başqa digər yeni elementlər əlavə olunur.

The Division 2: Warlords of New York oyun əlavəsinin treylerini Sizə təqdim edirik:

The Division 2: Warlords of New York oyun əlavəsi əsasında hazırlanmış qısametrajlı cizgi filmini Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7, 8 və ya 10 64 bit
• CPU: Intel Core i5-2500k / AMD FX-6350
• GPU: nVidia GeForce GTX 670 / AMD Radeon HD R9 270
• RAM: 8 Gb
• DirectX: 11 / 12

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7, 8 və ya 10 64 bit
• CPU: Intel Core i7-4790 / AMD Ryzen 5 1500X
• GPU: nVidia GeForce GTX 970 / AMD Radeon RX 480
• RAM: 8 Gb
• DirectX: 11 / 12

Əvvəlki Məqalə
Phoenix Point
Növbəti Məqalə
Watch Dogs: Legion
Şərhlər (0)

Rəy bildir