Oyunlar

The Last of Us Part II

Buraxılış tarixi: 19.06.2020

Platformalar: PS4

Yaradıcı: Naughty Dog

İstehsalçı: Sony Interactive Entertainment


Kritiklər və oyunçular tərəfindən yüksək qiymətləndirilən “The Last of Us” oyun seriyasının ikinci hissəsi “The Last of Us Part II” oyununda hadisələr birinci hissənin bitdiyi vaxtdan 5 il sonra, qlobal fəlakət olan və insanları mutasiyaya məruz qoyan kordiseps adlı göbələk pandemiyasının əvvəlki ABŞ ərazisində yayılmasından isə 25 il sonrakı dövrdə cərəyan edir. Oyunun baş qəhrəmanı bu hissədə artıq 19 yaşı olan Ellidir. “The Last of Us Part II”-də oyun prosesi zamanı oyunçu əsasən məhz bu personajı idarə edir. Oyun təknəfərlik rejimdədir və hadisələr vahid süjet xətti üzrə inkişaf edir. Süjetdəki hadisələr ABŞ-ın Vayominq ştatının Cekson şəhərində başlayır, lakin süjetin böyük bir hissəsi Vaşinqton ştatının Sietl şəhərində cərəyan edir. Oyunda ikinci plan obrazı kimi Coel çıxış edir. Birinci hissədən fərqli olaraq bu oyunda Coel və Elli arasında olan qarşılıqlı münasibətdə məhəbbətə yox, ümumilikdə nifrət və qisas hissi əsas mövzu kimi çıxış edir.
Bütün bunlarla yanaşı oyun qeympleyi təkmilləşdirilərək dinamikləşdirilib. Artıq rəqiblər əvvəlki hissəyə nisbətən daha da diqqətli və ağıllıdırlar. Bu isə öz növbəsində oyunda stelsin rolunu artırır və onu daha da maraqlı edir.

The Last of Us Part II oyununun treylerini Sizə təqdim edirik:

The Last of Us Part II oyununun qeympley videosunu Sizə təqdim edirik:

The Last of Us Part II oyununun fərqli mənbələrdə qiymətləndirilməsi:

Əvvəlki Məqalə
Disintegration
Növbəti Məqalə
Iron Man VR
Şərhlər (0)

Rəy bildir