Buraxılış tarixi: 25.10.2019
Platformalar: PC, PS4, Xbox One, Nintendo Switch
Yaradıcı: Obsidian Entertainment
İstehsalçı: Private Division
“The Outer Worlds” oyunu elmi-fantastik RPG janrındadır. Oyunda RPG elementləri olduqca geniş və dolaşıq olduğundan baş qəhrəman yaxşı xüsusiyyətləri ilə yanaşı pis xüsusiyyətlərini də oyun prosesi zamanı təkmilləşdirib, süjetə, ətraf mühitə təsir edə bilər. “The Outer Worlds” oyununda ayrı-ayrı planetlərə və peyklərə səyahətlə yanaşı açıq kosmosda da səyahət etmək mümkündür. Süjetə görə baş qəhrəman uzaq insan koloniyalarından biri olan Alsiona uçan, lakin yoldan azmış kosmik gəmidə gibernasiya yuxusunda ayılır. Elə bu andan, o, yalnız özünün həll biləcəyi vacib bir sövdələşmənin mərkəzinə tuş gəlir.
The Outer World oyununun gameplay videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel Core i5-3570 / AMD FX-8350
• GPU: nVidia GeForce GTX 770 / AMD Radeon R9 280X
• RAM: 8 Gb
• DirectX: 12
• Diskdə boş yer: 30 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel Core i5-4690K / AMD FX-9370
• GPU: nVidia GeForce GTX 970 / AMD Radeon R9 290X
• RAM: 8 Gb
• DirectX: 12
• Diskdə boş yer: 30 Gb