“The Quarry” oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley videosu və PC üçün sistem tələbləri.
- Buraxılış tarixi: 10.06.2022
- Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S
- Yaradıcı: Supermassive Games
- İstehsalçı: 2K Games
“The Quarry” üçüncü şəxs perspektivli qorxu və interaktiv dram janrlarındadır. Həm tək nəfərlik, həm də çox nəfərlik rejimləri dəstəkləyir. Oyunun ideyası 2015-ci ildə buraxılan “Until Dawn” oyunundan bəhrələnir.
Oyunçu oyunda 9 personajı idarə edir. Eləcə də hər personajın özünəməxsus süjet xətti var. Bu süjet xəttləri oyunçunun ayrı-ayrılıqda hər bir personaj ilə qəbul etdiyi qərarlar və etdiyi seçimlərdən asılı olaraq sonda kəsişir və vahid nəticəni ərsəyə gətirir.

“The Quarry” süjetin inkişafı baxımından oyunçulara kifayət qədər geniş imkanlar yaradır. Belə ki, oyunun sonuna həm bütün personajlar, həm də yalnız onların müəyyən bir qismi sağ qala bilər. Əlbəttə, oyunçunun etdiyi seçimlər bütün personajları ölümə də məhkum edə bilər. Belə olduğu halda isə oyun vaxtından əvvəl bitəcək. Ümumilikdə, oyunda hər bir personaj üçün, təxminən, 10-12 fərqli ölüm epizodu mövcuddur.






“The Quarry” özündə bir neçə qeympley elementini ehtiva edir. Oyunda həm şuter, həm əlbəyaxa döyüş, həm də QTE mexanikası realizə olunub. Buna baxmayaraq, qeympley imkanları məhdud və sadədir.
Süjetə görə
Oyunda hadisələr Nyu-Yorkda “Haketin Karyeri” adlanan məkanda cərəyan edir. 9 nəfər gənc düşərgəçi gecəni sağ qalmağı bacarmalıdır. Bu onlar üçün asan sınaq olmayacaq, çünki lənətlənmiş yerli sakinlər və canavarlar onların ovuna çıxıb.
“The Quarry” oyununun qeympley videosu:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows® 10 / Windows® 11 64 bit
• CPU: Intel® Core™ i5-3750 / AMD FX-8350
• GPU: NVIDIA®GeForce® GTX 780 / ATI Radeon RX 470
• RAM: 8 GB
• Diskdə boş yer: 50 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows® 10 / Windows® 11 64 bit
• CPU: Intel® Core™ i9-10900K / AMD Ryzen™ 7-3800XT
• GPU: NVIDIA®GeForce® RTX 2060 / AMD Radeon™ RX 5700
• RAM: 16 GB
• Diskdə boş yer: 50 GB