Oyunlar

The Sinking City

Buraxılış tarixi: 27.06.2019

Platformalar: PC, PS4, Xbox One

Yaradıcı: Frogwares

İstehsalçı: Frogwares


Lavkraftın əsəri əsasında ərsəyə gətirilmiş “The Sinking City” oyunu action-adventure janrındadır. Oyunda hadisələr 1920-ci illərdə ABŞ-da cərəyan edir. Baş qəhrəman detektiv Çarlz Rid Massaçusets ştatındakı xəyali Okmont şəhərciyinə baş çəkir. Bu kiçik şəhərcik dəfələrlə su daşqınlarına məruz qalıb və burada yaşayan insanlar fövqəladə gücün təsirindən şüur çatışmazlığından əziyyət çəkirlər. Baş qəhrəman oyundakı detektiv elementləri vasitəsilə Okmont şəhərciyinin sirrini açmalıdır. Çarlz Rid özü əvvəllər psixiatrik xəstəxanada müalicə alıb, lakin oradan azad ola bilib. Oyun açıq dünyaya malikdir və “The Sinking City” dünyasının tədqiqi oyunun ən vacib elementlərindən biri sayılır.

The Sinking City oyununun gameplay-ini Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10
 CPU: Intel Core i5-2500 3,3 GHz / AMD FX-8300 с 3,3 GHz
• GPU: NVIDIA GeForce 770 GTX 4Gb / ATI R9 380X 4Gb
• RAM: 8 Gb
• Diskdə boş yer: 40 Gb

Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 10
• CPU: Intel Core i7-3770 3.5 GHz /AMD FX-8350 4 Ghz və ya Ryzen 5 1400
• GPU: NVIDIA GeForce GTX 970 4Gb / AMD Radeon™ R9 290
• RAM: 8 Gb• Diskdə boş yer: 40 Gb

Əvvəlki Məqalə
Heavy Rain
Növbəti Məqalə
Judgment
Şərhlər (0)

Rəy bildir