Buraxılış tarixi: 24.09.2019
Platformalar: PC, PS4, Xbox One, Nintendo Switch
Yaradıcı: Deck13 Interactive
İstehsalçı: Focus Home Interactive
“The Surge” oyununun davamı olan “The Surge 2” oyununda hadisələr Ceriko-siti şəhərində cərəyan edir. Oyun açıq dünya xüsusiyyətinə malikdir. Əvvəlki hissədən fərqli olaraq “The Surge 2”-də baş qəhrəmanı fərqli obraz təqdim edir. Eləcə də hadisələr artıq “CREO” adlı zavodda yox, ondan daha böyük bir zavodda cərəyan edir. Süjetə görə Ceriko-siti adlı şəhər yadplanetlilərin hücumuna məruz qalır. Robotların sistemi sıradan çıxır, polis və hərbçilərin elan etdiyi komendant saatına görə isə artıq şəhər küçələrində dolanmaq təhlükəsiz deyil. Baş qəhrəman yaranmış bu çətin vəziyyətdə sağ qalmaq üçün mübarizə aparmalıdır.
The Surge 2 oyununun gameplay videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 yalnız 64 bit
• CPU: Intel Core i5-4690K / AMD FX-8320
• GPU: nVidia GeForce GTX560 Ti / AMD Radeon R7 360
• RAM: 8 Gb
• Diskdə boş yer: 20 Gb
Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 10 yalnız 64 bit
• CPU: Intel Core i7-3820 / AMD FX-8370
• GPU: nVidia GeForce GTX 970 / AMD Radeon RX 480
• RAM: 16 Gb• Diskdə boş yer: 20 Gb