Oyunlar

Tom Clancy’s Rainbow Six Extraction

Tom Clancy’s Rainbow Six Extraction oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri

  • Buraxılış tarixi: 20.01.2022
  • Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S, Amazon Luna, Google Stadia
  • Yaradıcı: Ubisoft Montreal
  • İstehsalçı: Ubisoft

“Tom Clancy’s Rainbow Six Extraction” oyunu Tom Clancy’s Rainbow Six” seriyasının sayca 22-ci buraxılışı, həmçinin “Rainbow Six Siege” oyununun spin-offudur. Oyun birinci şəxs perspektivli kooperativ şuter janrındadır. Tək nəfərlik rejimin mövcud olmasına baxmayaraq, oyunun əsas məzmunu üç nəfərədək oyunçu üçün nəzərdə tutulan taktiki “əməliyyatlar”dan ibarətdir. “Rainbow Six Extraction” Ubisoft Anvil oyun mühərrikində ərsəyə gətirilib.

Oyunun qeympeyi və mexanikası “Rainbow Six Siege” oyununu xatırlatsa da, ümumi konsepsiyası fərqlənir. Burada oyunçular “REACT” xüsusi təyinatlı dəstəsinin əməliyyatçılarının rolunu öz üzərilərinə götürərək yadplanentli təhlükəyə qarşı mübarizə aparmalıdırlar.

“Rainbow Six Extraction” oyununun ilkin buraxılış versiyasına 69 növ silah, 25 döyüş modulu, 18 əməliyyatçı (personaj), 12 oyun xəritəsi və 13 növ mutasiya oluna bilən yadplanetli daxildir. Oyun qeympleyinin əsas məzmunu müxtəlif tapşırıqlardan ibarətdir. Hər bir tapşırıq fərqli məkanda cərəyan edir və özü-özlüyündə 3 mərhələdən ibarətdir.

Oyun proqresindən asılı olaraq əməliyyatçıların səviyyəsi artır və bununla da döyüş arsenalındakı silah və modulların seçim imkanı genişlənməyə başlayır. Hər bir əməliyyatçının səviyyəsindən asılı olmayaraq özünəməxsus bacarığı var. Kritik vəziyyətdə oyunçular bu bacarıqlardan istifadə edərək xilas ola bilərlər.

Süjetə görə

Dünyanın müxtəlif nöqtələrində yadplanetli parazitlərin ocağı meydanı gəlir. Sürətlə yayılıb mutasiya edən parazitlərin qarşısını almaq və qlobal təhlükə ilə mübarizədə güclərin səfərbər olunması üçün “REACT” qrupu yaradılır. Bu qrupa isə “Rainbow” xüsusi təyinatlı dəstəsinin əməliyyatçılar cəlb olunur. Parazitlərin zəif yerlərinin aşkar olunması, insanların xilas edilməsi və obyektlərin yadplanetlilərdən təmizlənməsi məqsədilə əməliyyatçılar onların qarşısına qoyulan müxtəlif növ tapşırıqları icra etməlidirlər.

Tom Clancy’s Rainbow Six Extraction oyununun qeympley treylerini təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

CPU: Intel® Core™ i5 4660 / AMD Ryzen 3 1200
• GPU: NVIDIA®GeForce® GTX 960 / AMD RX 560
• RAM: 8 GB
• Diskdə boş yer: 85 GB

 

Tövsiyə olunan sistem tələbləri (FULL HD) :

CPU: Intel® Core™ i7 4790 / AMD Ryzen 5 1600
• GPU: NVIDIA®GeForce® GTX 1660 / AMD RX 580
• RAM: 16 GB
• Diskdə boş yer: 85 GB

 

Tövsiyə olunan sistem tələbləri (2K) :

CPU: Intel® Core™ i5 8400 / AMD Ryzen 5 2600X
• GPU: NVIDIA®GeForce® RTX 2060 / AMD RX 5600CT
• RAM: 16 GB
• Diskdə boş yer: 85 GB

 

Tövsiyə olunan sistem tələbləri (4K) :

CPU: Intel® Core™ i9 9900K / AMD Ryzen 7 3700X
• GPU: NVIDIA®GeForce® RTX 3080 / AMD RX 6800XT
• RAM: 16 GB
• Diskdə boş yer: 85 GB (HD teksturalar üçün +9 GB)