Oyunlar

Trek to Yomi

“Trek to Yomi” oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley videosu və PC üçün sistem tələbləri.

  • Buraxılış tarixi: 05.05.2022
  • Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S
  • Yaradıcı: Flying Wild Hog, Leonard Menchiari
  • İstehsalçı: Devolver Digital

“Trek to Yomi” 2.5D formatlı tək nəfərlik ekşen, macəradöyüş janrlarındadır. Oyun Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib.

Oyunda hadisələr Yaponiyada orta əsrlər və ya Edo dövründə cərəyan edir və gənc samuray Hirokinin hekayəsindən bəhs edir. Döyüş səhnələri qeympleyin əsasını təşkil edir. Oyunda həm yaxın döyüş, həm də uzaq döyüş texnikası mövcuddur. Yaxın məsafədə personaj katana ilə, uzaq məsafədən isə ozotsu, bo-şurikenox vasitəsilə döyüşür.

“Trek to Yomi” Edo dövrünün ənənələri ilə yanaşı yapon mifologiyasını da özün də ehtiva edir. Belə ki, Hiroki tək insanlarla yox, həm də yapon əfsanələrindən olan varlıqlarla qarşılaşır. Oyun xəritəsi dəhliz tipli olsa belə, burada kifayət qədər gizli məkanlara keçidlər mövcuddur. Həmin məkanlarda oyunçu can, stamina, resurslar və silahlar tapa bilər.

Süjetə görə

Oyunda hadisələr Yaponiyada, Edo dövründə (1603-1868-ci illər) cərəyan edir. Baş qəhrəman Hiroki adlı gənc samuray ölüm ayağında olan ustadına doğma şəhərini və sakinləri istənilən təhlükədən qoruyacağına söz verir. Günlərin bir günü məhz belə bir təhlükə ilə qarşılaşan Hiroki dərk edir ki, sözünə əməl etməlidir. Öz kimliyini və taleyini tapmaq üçün, o, sınaq dolu səyahətə başlayır.

Trek to Yomi oyununun qeympley treyleri:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7 64 bit
• CPU: Intel® Core™ i5-8250U / AMD Phenom II X4 965
• GPU: NVIDIA®GeForce® MX150 / AMD Radeon R7 260X
• RAM: 8 GB
• Diskdə boş yer: 11 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7-4770S / AMD FX-9590
• GPU: NVIDIA®GeForce® GTX 970 / AMD Radeon R9 390X
• RAM: 8 GB
• Diskdə boş yer: 11 GB