Oyunlar

Twin Mirror

Buraxılış tarixi: 01.12.2020

Platformalar: PC, PS4, Xbox One

Yaradıcı: Dontnod Entertainment

İstehsalçı: Dontnod Entertainment, Bandai Namco Entertainment


“Twin Mirror” oyunu psixoloji trillerdir. Oyun üçüncü şəxs görüntüsündədir (ing. 3rd person)xətti süjet kampaniyasından ibarətdir. “Twin Mirror” oyununda hadisələr Bassvud şəhərində cərəyan edir. Süjetə görə baş qəhrəman Sem köhnə dostunun dəfn mərasimində iştirak etmək üçün öz doğma şəhəri Bassvuda geri dönür. Lakin, bir gün, o, al qana boyanmış köynəkdə oyanır və bu hadisə onun həyatını alt-üst edir. Sem nə qədər çalışsa da, dünən baş verən hadisələri xatırlaya bilmir. Oyunun qeympleyi də məhz bu səbəbdən iki hissəyə bölünür. Semin “real” həyatı və onun şüuru. Yaddaşını bərpa edərək bütün hissəcikləri bir araya gətirmək məqsədilə, Sem “real” həyatda aşkar etdiyi ipucularla öz şüuruna yollanır. Oyun prosesi boyu kifayət qədər informasiya toplanılarsa, baş qəhrəmanın yaddaşını bərpa etmək mümkün olacaq.

Twin Mirror oyununun qeympley videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

  • Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 64 bit
    • CPU: Intel® Core™ i3 2100 / AMD Phenom X4 945
    • GPU: nVidia GeForce GTX 750 / AMD Radeon™ HD 7790
    • RAM: 4 Gb
    DircetX: 11
    • Diskdə boş yer: 30 Gb

Tövsiyə olunan sistem tələbləri:

  • Əməliyyat Sistemi: Windows 10 64 bit
    • CPU: Intel® Core™ i3 6100 / AMD Athlon X4 845
    • GPU: nVidia GeForce GTX 1050 / AMD Radeon™ RX 560
    • RAM: 8 Gb
    DirectX: 11
    • Diskdə boş yer: 30 Gb

GameSpot

IGN

pcgamer

Metacritic

Əvvəlki Məqalə
Chronos: Before the Ashes
Növbəti Məqalə
Cradle of Links
Şərhlər (0)

Rəy bildir