Buraxılış tarixi: 02.06.2020
Platformalar: PC
Yaradıcı: Riot Games
İstehsalçı: Riot Games
“Valorant” oyunu məhşur “League of Legends” oyununun yaradıcıları olan “Riot Games” tərəfindən ərsəyə gətirilmişdir. “Valorant” oyununda hadisələr gələcək Yer Kürəsində cərəyan edir. Oyun şuter janrındadır, çoxnəfərlik onlayndır (multiplayer) və PC platforması üçün nəzərdə tutulmuşdur. “Free to Play” prinsipi ilə buraxıldığı üçün hər kəs oyunu ödənişsiz əldə edə bilər. “Valorant” oyunu “Counter-Strike”, “Rainbow Six Siege” və digər bu tip oyunlar kimi komanda komandaya qarşı oyun rejimini nəzərdə tutur. Rəqib komandaya qarşı mübarizədə isə əsas vasitə kimi müxtəlif növ odlu silahlar çıxış edir. Oyun yaradıcıları və eyni zamanda istehsalçıları olan “Riot Games” şirkəti oyunda yalnız ustalığa və dəqiqliyə malik olan oyunçuların müvəffəqiyyətli nəticələrə nail olacağını qeyd edir. Oyundakı personajlar hər birinin özünəməxsus xüsusi qabiliyyəti olan agentlərdir. Sözsüz ki, bu xüsusi qabiliyyətləri istifadə etmək üçün enerji lazımdır. Enerjini isə ya oyun mağazasından, ya da rəqibləri məğlub etməklə əldə etmək olar.
Valorant oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7, 8 və ya 10 64 bit
• CPU: Intel® Core™ i3-370M və ya analoqu
• GPU: Intel HD 3000 1GB VRAM və ya analoqu
• RAM: 4 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7, 8 və ya 10 64 bit
• CPU: Intel® Core™ i3-4150 və ya analoqu
• GPU: nVidia GeForce GT 730 (1 Gb) və ya analoqu
• RAM: 4 Gb