Oyunlar

Vampire: The Masquerade – Bloodhunt

Vampire: The Masquerade – Bloodhunt oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley videosu və PC üçün sistem tələbləri.

Buraxılış tarixi: 07.09.2021 (erkən giriş)

Platformalar: PC

Yaradıcı şirkət: Sharkmob

İstehsalçı şirkət: Sharkmob


“Bloodhunt” oyunu üçüncü şəxs perspektivli şuter (third-person shooter)“battle royale” janrlarındadır. “World of Darkness” oyun seriyasına daxil olan “Vampire: The Masquarede” oyun dünyası əsasında ərsəyə gətirilib.
“Bloodhunt”da əsas personajlar vampirlərdir. Oyunçular yaxın və uzaq döyüş silahları, eləcə də vampir bacarıqlarından istifadə edərək sonadək sağ qalmağı bacarmalıdırlar. Bu qarşılaşmalarda həm təknəfərlik, həm də komanda ilə oyun rejimləri mövcuddur.

Süjetə görə

Vampir sektaları arasına düşən düşmənçilik toxumu onları bir-birinə qarşı qoyur. Digər bir tərəfindən isə vampirləri məhv etmək istəyən “İkinci İnkvizisiya” bu mübarizəyə qoşulur. 

“Bloodhunt” oyununda hadisələr Praqa şəhərində cərəyan edir. Məhz bu şəhərin küçələrində öz fövqəladə güclərindən istifadə edən vampirlər sağ qalmaq uğrunda mübarizə aparırlar. Bu mübarizədə onlar yalnız bir-birinə qarşı deyil, həm də onları məhv etmək istəyən digər varlıqlarla döyüşməlidirlər.

Vampire: The Masquarede – Bloodhunt oyununun qeympleyini təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 7400 /  AMD Ryzen 1300X
• GPU: NVIDIA®GeForce® GTX 970 / AMD Radeon RX 560
• RAM: 8 GB
• DirectX: 11
• Diskdə boş yer: 20 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 8700K / AMD Ryzen 5 3600X
• GPU: NVIDIA®GeForce® GTX 1080 / AMD Radeon RX Vega 64
• RAM: 8 GB
• DirectX: 11
• Diskdə boş yer: 20 GB

Etiketlər PC