Oyunlar

Warhammer 40,000: Battlesector

Buraxılış tarixi: 22.07.2021

Platformalar: PC, PS4, Xbox One

Yaradıcı: Black Lab Games

İstehsalçı: Slitherine Software


 

“Warhammer” oyun seriyasına daxil olan növbəti strategiya oyunu “Warhammer 40,000: Battlesector” təknəfərlik çoxnəfərlik rejimləri dəstəkləyir. Təknəfərlik rejim özündə 20 tapşırıqdan ibarət süjet kampaniyasına ehtiva edir. Çoxnəfərlik rejimdə isə oyunçular bir-birinə qarşı mübarizə aparırlar.
“Warhammer 40,000” strategiya janrına xas olan bir çox xüsusiyyətləri özündə ehtiva edir. Burada da oyunçu öz bazasını və ordusunu mümkün qədər təkmilləşdirərək rəqibi məğlub etmək üçün müxtəlif taktikalardan istifadə etməlidir. Oyun ardıcıl strategiya (Turn-Based Strategy ing.) janrında olduğundan döyüş zamanı oyunçu tərəfindən seçilən mövqe mühüm rol oynayır.

“Warhammer 40,000: Battlesector” – oyun prosesindən görüntü

Oyunda hadisələr 41-ci minillikdə cərəyan edir. Süjet kampaniyasının əsas qəhrəmanı serjant Karleon və onun müttəfiqləri Baal Sekundusa (Baal Secundus ing.) hücum edən tiranidləri məhv etməli və Qanlı Mələklərin müqəddəs şərəfini qorumaq uğrunda sonadək mübarizə aparmalıdırlar.

Warhammer 40,000: Battlesector oyununun qeympley treylerini təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 4460 və ya ekvivalenti
• GPU: Nvidia GeForce GTX 750 və ya ekvivalenti
• RAM: 4 GB
• DirectX: 11
• Diskdə boş yer: 20 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 6400 və ya ekvivalenti
• GPU: Nvidia GeForce GTX 950 və ya ekvivalenti
• RAM: 8 GB
• DirectX: 11
• Diskdə boş yer: 20 GB