Buraxılış tarixi: 04.06.2019
Platformalar: PC, PS4, Xbox One
Yaradıcı: Eko Software
İstehsalçı: Bigben Interactive
“Warhammer: Chaosbane” oyunu RPG janrındadır və oyununda hadisələr Warhammer Fantasy Battles dünyasında cərəyan edir. Oyunda bizə seçim üçün 4 personaj təqdim olunur. Bunlar fərqli irqlərdən olan İnsan (Cəngavər), Ali Elf (Sehrbaz), Meşə Elfi (İzci) və Qnomdur (Slayer). Oyunçular “Köhnə Dünya”-ya səyahət edərək, orada xaos qüvvələrinə qarşı mübarizə aparmalı olacaqlar. Hər bir personajın özünməxsus silahı olması ilə yanaşı, xüsusi imkanları da var ki, bunlardan istifadə edərək, rəqiblərə qarşı daha effektiv mübarizə aparmaq olar.
Oyunda süjet, ko-op, yeraltılar və “boss rush” rejimləri mövcuddur.
Warhammer: Chaosbane oyununun gameplay-ini Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel® Core i3 / AMD Phenom™ II X3
• GPU: NVIDIA® GeForce® GTX 660 / AMD Radeon™ HD 7850
• RAM: 6 Gb
• DirectX: 11
• Diskdə boş yer: 20 Gb
Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel® Core i5 /AMD FX 8150
• GPU: NVIDIA® GeForce® GTX 780 / AMD Radeon™ R9 290
• RAM: 8 Gb• DirectX: 11
• Diskdə boş yer: 20 Gb