Buraxılış tarixi: 28.08.2020
Platformalar: PC, PS4, Xbox One
Yaradıcı: inXile Entertainment
İstehsalçı: Deep Silver
“Wasteland 3” oyununda hadisələr ABŞ-ın Kolorado ştatında, nüvə qışı (nüvə silahlarından istifadə ilə baş vermiş müharibədən sonra yaranacağı ehtimal edilən vəziyyət) zamanı, post-apokalipsis dünyada cərəyan edir. Oyun RPG janrındadır və əvvəlki hissələrin davamı kimi çıxış edir. “Wasteland 3” oyununun süjetinə görə artıq nüvə müharibəsindən yüz il ötür. Baş qəhrəman şimala, qarlı dağlara üz tutur. Burada isə, o, müxtəlif fraksiyalarla üz-üzə gələcək. Süjet boyu müxtəlif tapşırıqların öhdəsindən gəlmək üçün düzgün qərar vermək və döyüş taktikasına diqqət yetirmək lazımdır.
Wasteland 3 oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 64 bit
• CPU: Intel® Core™ i5 2500K və ya analoqu
• GPU: nVidia GeForce GTX 760 / AMD Radeon™ HD 7970
• RAM: 8 Gb
• Diskdə boş yer: 55 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 4590 və ya analoqu
• GPU: nVidia GeForce GTX 970 / AMD Radeon™ R9 290
• RAM: 16 Gb
• Diskdə boş yer: 55 Gb