Buraxılış tarixi: 06.03.2020
Platformalar: PC, PS4, PS5, Xbox One, Xbox Series X, Google Stadia
Yaradıcı: Ubisoft Montreal, Ubisoft Reflections
İstehsalçı: Ubisoft Entertainment
“Watch Dogs” oyun seriyasının növbəti – üçüncü hissəsi olan “Watch Dogs: Legion” oyununda hadisələr antiutopik London şəhərində cərəyan edir. Oyunda Böyük Britaniya artıq “Brexit” etmiş (Avropa Birliyindən çıxmış) ölkədir. London – nəhəng və qüdrətli şəhər isə xaos və mütəmadi qarşıdurmalar içindədir. “Watch Dogs: Legion” oyunu açıq dünyaya malikdir. Oyunun əvvəlki hissələri ilə müqayisədə isə bu hissədə ətraf mühitlə qarşılıqlı təsir daha da inkişaf etdirilib. Belə ki, oyun süjetini demək olar ki, oyunda mövcud olan istənilən NPC ilə keçmək olar. Bu baş qəhrəmanın yalnız xarici görünüşünün dəyişməsi demək deyil. İdarə olunan NPC-dən asılı olaraq, onun xüsusiyyətləri, şəxsi keyfiyyətləri, hətta süjetin ayrı-ayrı məqamları dəyişə bilər.
Watch Dogs: Legion oyununun gameplay videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7, 8 və ya 10 64 bit
• CPU: Intel Core i5-2400S @ 2.5 GHz / AMD FX 6120 @ 3.5 GHz
• GPU: nVidia GeForce GTX 660 (2 Gb) / AMD Radeon HD 7870 (2 Gb)
• RAM: 6 Gb
• DirectX: 12
• Diskdə boş yer: 50 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7, 8 və ya 10 64 bit
• CPU: Intel Core i5-3470 @ 3.2 GHz / AMD FX 8120 @ 3.9 GHz
• GPU: nVidia GeForce GTX 780 (3 Gb) / nVidia GeForce GTX 970 (4 Gb) / nVidia GeForce GTX 1060 (3 Gb) / AMD Radeon R9 290 (4 Gb)
• RAM: 8 Gb
• DirectX: 12
• Diskdə boş yer: 50 Gb