Buraxılış tarixi: 04.02.2021
Platformalar: PC, PS4/PS5, Xbox One / Xbox Series X/S
Yaradıcı: Cyanide
İstehsalçı: Nacon
“Werewolf: The Apocalypse” oyunu məşhur “World of Darkness” seriyasının bir hissədir və eyniadlı stolüstü oyunun video-oyun adaptasiyasıdır. Oyun ekşen-rpg (action role-playing ing.) janrındadır və təknəfərlik süjet kampaniyasından ibarətdir. Çoxlarına artıq məlum olan “Vampire: The Masquerade” oyunu da məhz bu seriyadandır. Bu oyunda oyunçuları qismən açıq dünyaya malik qaranlıq və mifik hekayə gözləyir.
“Werewolf: The Apocalypse”-də baş qəhrəman Qaru adlı canavara dönən bədheybətdir. Süjetə görə dünyanın sonu yaxınlaşır. Qaru özü kimi digər bədheybətlər dəstəsindən təcrid olunsa da, bəşəriyyətin üzləşəcəyi təhlükənin qarşısını almaq və öz oğlunu xilas etmək məqsədilə öz gücünü digər bədheybətlərlə səfərbər edir.
Werewolf: The Apocalypse – Earthblood oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 3470 / AMD FX 8370
• GPU: nVidia GeForce GTX 650 / AMD Radeon™ HD 7790
• RAM: 4 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 8700 / AMD Ryzen 5 3600X
• GPU: nVidia GeForce GTX 780 / AMD Radeon™ R9 290
• RAM: 8 Gb