Məxfilik siyasəti
Biz “GGC Network”, yəni G.aze Game Community Network – Azərbaycan Oyun Portalı və bir neçə əlaqəli saytdan ibarət olan “GGC” adı altında fəaliyyət göstəririk.
Rəsmi ünvan: https://gazegame.org/
Biz sizin barədə aşağıdakı məlumatları toplayırıq:
• Şərhlər
Spam və digər bu kimi neqativ halların qarşısının alınması məqsədilə, sayta daxil olan hər bir şəxs saytın şərh etmək üçün yol verilən istənilən hissəsində şərh yazarsa, bu zaman onun şərh bölməsində qeyd etdiyi məlumatlarını, onun İP ünvanı və istifadəçi-agent brauzeri haqda məlumatları əldə edirik.
Sizin email (elektron poçt) ünvanınız anonimləşdirilmiş sətri, yəni “hash”, Gravatar servisindən istifadə edib etməməyinizi müəyyənləşdirmək məqsədilə onlara təqdim oluna bilər. Gravatar servisinin məxfilik siyasəti barədə məlumat əldə etmək üçün buraya keçid edə bilərsiniz: https://automattic.com/privacy/ . Sizin şərhiniz sayt rəhbərliyi tərəfindən qəbul edildikdən sonra profil şəkliniz şərh məzmunu daxilində əks olunacaq.
• Media faylları
Saytda qeydiyyatdan keçən hər bir şəxsə, “EXIF” formatında olan şəkilləri sayta yükləməməsi tövsiyə olunur. Belə olduğu halda, “EXIF” (Bəzi EXIF formatlı media fayllar GPS metaməlumatları saxlayırlar) formatlı media faylların özəl xüsusiyyətinə görə GPS vasitəsilə Sizin olduğunuz yer haqda metaməlumatların media faylla birlikdə kənar şəxslərin əlinə keçməsi ehtimalını yaradır.
• “Bizimlə Əlaqə” forması
Saytın “Bizimlə Əlaqə” səhifəsində hər hansı mövzu ilə əlaqədar bizə müraciət edərkən, əlaqə formasında qeyd etdiyiniz məlumatlar tərəfimizdən toplanılır.
• Kuki
Əgər saytın şərh etmək üçün yol verilən istənilən hissəsində şərh yazırsınızsa kuki məlumatlarının toplanmasına icazə verə bilərsiniz. Kuki özündə ad, email ünvanı və vebsayt məlumatlarını cəmləşdirir. Siz gələcəkdə saytı təkrarən ziyarət edərkən əvvəllər ziyarət etdiyiniz zaman daxil etdiyiniz məlumatların sizin rahatçılığınız üçün təkrarən daxil etməməyinizi nəzərdə tutur. Kuki məlumatları silinmədiyi halda 1 il müddətində saxlanılır.
Saytımızda qeydiyyatdan keçən şəxslər öz hesabları vasitəsilə sayta daxil olduqları zaman, onların brauzerlərinin kuki dəstəklədiyini müəyyən etmək məqsədilə brauzerlərində müvəqqəti kuki fayllar yaradılacaq. Kuki fayllar heç bir şəxsi məlumatları toplamır və brauzer bağlandıqdan sonra silinir.
Hesaba daxil olduqda biz həmçinin giriş məlumatları və ekran ayarları məlumatları ilə əlaqədar kuki fayllar yaradırıq. Giriş haqda kuki 2 gün, ekran ayarları haqda kuki məlumatları isə 1 il müddətinə saxlanılır. Əgər sayta giriş zamanı “Yadda Saxla” funksiyasında istifadə edərsinizsə, giriş haqda kuki məlumatları 2 həftə müddətində saxlanılacaq. Hesabdan çıxış etdiyiniz zaman isə giriş haqda kuki məlumatları silinəcək.
Saytda məqalənin yaradıldığı və redaktə olunduğu zaman tərkibində məqalənin ID nömrəsi və başqa heç bir şəxsi məlumat nəzərdə tutmayan, 1 gün müddətində mövcud olan kuki fayl yaradılır.
• Digər saytlardan yerləşdirilə bilən məzmun
Bu saytda mövcud olan məqalələrdə kənar saytlardan olan qoşma məzmun(lar) (video, şəkil, məqalə və s.) ola bilər. Belə olduğu halda digər mənbədən (saytdan) əlavə olunan qoşma məzmun mənbədəki xüsusiyyətlərini qoruyub saxlayır və eyni qaydada fəaliyyət göstərir.
Əlavə olunan qoşma məzmun mənbədən (saytdan), sizin həmin mənbədə qeydiyyatdan keçməniz və mənbəyə daxil olmanızdan asılı olaraq “GGC” saytındakı məzmun daxilində barənizdə olan kuki, hesabda qeyd olunan məlumatları, üçüncü tərəfin əlavə olaraq Sizin qoşma ilə hər hansı bir qarşılıqlı əlaqənizi izləyə bilər.
• Veb-analiz
Saytda quraşdırılmış veb-analiz ölçü sistemləri tərəfindən sizin saytda olan bütün hərəkətləriniz, sayta keçid etdiyiniz ilkin mənbə, İP ünvan, daxil olduğunuz cihaz və yol verilən çərçivə daxilində barənizdə digər məlumatlar toplanılır.
Sizin məlumatlar
- Veb-analiz ölçü sistemləri
- Qeydiyyatdan keçdiyiniz və daxil olduğunuz digər mənbədən yerləşdirilən qoşma məzmunun ilkin mənbəsi
- Axtarış sistemləri ilə bölüşülür.
• Sizin məlumatların saxlanma müddəti
Saytda şərh yazdığınız zaman, şərh və onun metaməlumatları müəyyən olunmayan müddətə saxlanılır. Bu, gələcəkdə tərəfinizdən saytda yazılacaq hər hansı bir şərhi yenidən sayt rəhbərliyi nəzarəti altına qoymamaq və avtomatik qəbul olunması üçün nəzərdə tutulub.
Biz istifadəçilərin saytımızda qeydiyyatdan keçərkən və sonradan öz hesablarına əlavə etdikləri məlumatları saxlayırıq. İstifadəçi istənilən vaxt öz hesabında qeyd etdiyi məlumatları (İstifadəçi adı istisna olmaqla) dəyişə və ya silə bilər. Sayt rəhbərliyi həmçinin bu məlumatları görə və dəyişə bilər.
• Öz məlumatlarınızla əlaqədar hüquqlarınız
Saytda qeydiyyatdan keçdiyiniz və ya şərh yazdığınız halda barənizdə saytımızda saxlanılan və qeyd etdiyiniz özünüzə məxsus məlumatların fayl formasında eksportu üçün sorğu göndərə bilərsiniz. Eləcə də bu tip məlumatların sayt rəhbərliyinin müstəsna maraqlarının qorunması, Azərbaycan Respublikası qanunvericiliyinin və təhlükəsizlik meyarlarının nəzərdə tutduğu hallar istisna olmaqla, saytın məlumat bazasından silinməsi üçün sorğu göndərə bilərsiniz.
• Sizin məlumatlar hara göndərilir
Spam-bot xarakterli istifadəçi şərhlərinin qarşısının alınması məqsədilə istifadəçi məlumatları və şərhlər xüsusi spam müəyyənedici servis tərəfindən yoxlanıla bilər.
• Sizin əlaqə məlumatınız
Saytda qeydiyyatdan keçərkən və “Bizimlə Əlaqə” səhifəsində əlaqə formasını doldurarkən qeyd etdiyiniz məlumatlar yalnız sayt rəhbərliyi tərəfindən görülə bilər. Daha sonra profilinizdə əlaqə məlumatlarınızı qeyd edərsinizsə, hesab ayarlarından asılı olaraq kənar şəxslər tərəfindən görülə bilər.
Əlavə məlumat
Saytda özünüz barədə qeyd etdiyiniz məlumatlar (adınız, soyadınız, doğum tarixi, elektron poçt ünvanı, mobil nömrə və s.) heç bir halda sayt rəhbərliyi tərəfindən istifadə olunmur və oluna bilməz.
Barənizdə qeyd etdiyiniz məlumatlar saytın məlumat bazasında hər bir hesab üçün şəxsi identifikasiyanın yaradılması üçün nəzərdə tutulub və heç bir halda kənar şəxslərlə bölüşülə bilməz.
Biz sizin məlumatları qoruyuq
Sayt müxtəlif təhlükəsizlik servisləri ilə təchiz olunub və müasir informasiya təhlükəsizliyi tələblərinə cavab verir. Saytda tərəfimizdən gündəlik informasiya təhlükəsizliyinin təmin olunması üçün profilkatiki tədbirlər həyata keçirilir və mütəmadi olaraq ən son tələblərə uyğun olaraq yenilənir və təkmilləşir.