Call of Duty: Vanguard oyununun tizeri təqdim olundu

Tizerin təsvir hissəsində qeyd olunub ki, təqdimatda iştirak etmək üçün təyin olunan tarixdə Verdansk döyüşünə, yəni “battle royale” rejiminə daxil olmaq lazımdır.

Diablo II: Resurrected oyununun beta mərhələləri başlayır – cədvəl və treylerlər

Blizzard tərəfindən ərsəyə gətirilən “Diablo II: Resurrected” oyunu 23 sentyabr tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformalarına buraxılacaq. Yəqin ki, bu oyunun 2000-ci ildə buraxılan “Diablo II”nin remaster (təkmilləşdirilmiş azərb.) versiyası olmasından artıq məlumatlısınız.

“Call of Duty: Modern Warfare” oyununa üç yeni oyun xəritəsi əlavə olunub

Activision artıq 2020-ci ilin dekabr ayından etibarən “Call of Duty: Modern Warfare” oyununu qismən dəstəkləyir. Buna səbəb şirkət tərəfindən əsas gücün seriyadan olan daha yeni “Call of Duty: Black Ops” və “battle-royale” janrında olan “Call of Duty: Warzone” oyunlarının dəstəyinə ayrılmasıdır.

Crash Bandicoot 4: It’s About Time oyununun PC üçün buraxılış tarixi bəlli olub

“Crash Bandicoot 4: It’s About Time” əvvəlki məqalədə məlumat verdiyimiz kimi, mart ayının 12-si PS5, Xbox Series X/S və Nintendo Switch platformalarına buraxıldı. Yeni nəsil Xbox və PlayStation konsollarının istifadəçiləri “Crash Bandicoot 4: It’s About Time” oyununun nəzərə çarpacaq dərəcədə təkmilləşdirildiyini qeyd edirlər.

Crash Bandicoot mobil platformalar üçün buraxılacaq

“Crash Bandicoot: On The Run” oyunu Activision Blizzard-ın bir hissəsi olan King şirkəti tərəfindən ərsəyə gətirilir. Oyun mobil platformalardan çoxlarına tanış olan ranner (Runner ing.) janrındadır. Eyni janrda və platformalarda olan “Subway Surfers”, “Temple Run” və s. bu növ oyunları xatırladır.

Battle.net tətbiqinin dizaynı yeniləndi

Ümumilikdə tətbiqin tərkib hissələri dəyişməsə də, siyahıda olan dostlarınızla qarşılıqla əlaqə üçün təkmilləşdirilərək bir qədər sosial yönümlü olub. Köhnə dizayna nisbətdə isə hər şəy artıq daha anlaşılan formada realizə olunub. Bu yeniliklər artıq hər kəs üçün qüvvəyə mindiyindən, siz də “Battle.net” tətbiqini yükləyib dəyişiklikləri şəxsən müşahidə edə bilərsiniz.

“Crash Bandicoot 4” yeni platformalar üçün buraxılacaq

2008-ci ildən “Crash Bandicoot” oyun seriyasına hüquqları əldə edən Activision şirkəti 02.10.2020-ci il tarixdə ilk olaraq PlayStation 4 və Xbox One platformaları üçün buraxılmış “Crash Bandicoot 4” oyununun yeni nəsil platformalara inteqrasiya olunacağı barədə məlumat yayıb.

Activision Blizzard oyunları haqda məlumat yaydı

Məlumata əsasən Activision Blizzard “Overwatch 2” və “Diablo IV” oyunlarının buraxılışını 2021-ci il üçün planlaşdırmır.