Crash Bandicoot mobil platformalar üçün buraxılacaq

“Crash Bandicoot: On The Run” oyunu Activision Blizzard-ın bir hissəsi olan King şirkəti tərəfindən ərsəyə gətirilir. Oyun mobil platformalardan çoxlarına tanış olan ranner (Runner ing.) janrındadır. Eyni janrda və platformalarda olan “Subway Surfers”, “Temple Run” və s. bu növ oyunları xatırladır.

Diablo II: Resurrected alfa-test üçün qeydiyyata başlayıb

Yaradıcı şirkət bu informasiyanı təsdiqləyərək hər bir alfa-test mərhələsinin oyununun fərqli məzmunlarına aid olacağını bildirib. Birinci mərhələ “Diablo II: Resurrected” oyununda keçiriləcək alfa-testlərdən birinci mərhələ təknəfərlik, ikinci mərhələ isə çoxnəfərlik oyun məzmununu əhatə edəcək.

BlizzConline 2021 – anonslar və maraqlı məqamlar

Blizzard şirkəti oyun və texnoloji sahədə yenilikləri ilə əlaqədar hər il ənənəvi olaraq BlizzCon sərgisini keçirir. Lakin, ilk dəfə idi ki, bu sərgi pandemiya vəziyyəti ilə əlaqədar olaraq onlayn formatda BlizzConline adı altında keçirilir.

Battle.net tətbiqinin dizaynı yeniləndi

Ümumilikdə tətbiqin tərkib hissələri dəyişməsə də, siyahıda olan dostlarınızla qarşılıqla əlaqə üçün təkmilləşdirilərək bir qədər sosial yönümlü olub. Köhnə dizayna nisbətdə isə hər şəy artıq daha anlaşılan formada realizə olunub. Bu yeniliklər artıq hər kəs üçün qüvvəyə mindiyindən, siz də “Battle.net” tətbiqini yükləyib dəyişiklikləri şəxsən müşahidə edə bilərsiniz.

Bu ay Blizzard sərgisi keçiriləcək

BlizzConline sərgisi zamanı Blizzard öz oyunları ilə əlaqədar bir çox məqamlara toxunacaq. Sərgi çərçivəsində yeni anonsların olacağı da istisna deyil. Lakin, əsas diqqətin “Diablo IV” və “Overwatch 2” oyunları üzərində dayanacağı və “Diablo 2” oyununun remastered versiyasının anons ediləcəyi güman edilir.

Activision Blizzard oyunları haqda məlumat yaydı

Məlumata əsasən Activision Blizzard “Overwatch 2” və “Diablo IV” oyunlarının buraxılışını 2021-ci il üçün planlaşdırmır.