“Evil Dead: The Game” üçüncü şəxs perspektivli qorxu oyunu janrındadır. Oyun Unreal Engine mühərrikində ərsəyə gətirilib. Həm tək nəfərlik, həm də çox nəfərlik kooperativ oyun rejimlərini dəstəkləyir.
Dying Light 2: Stay Human
“Dying Light 2: Stay Human” birinci şəxs perspektivli ekşen / rol oyunu və sağ qalma horroru janrlarındadır. Oyun C-Engine mühərrikində ərsəyə gətirilib.
Marvel’s Guardians of the Galaxy
“Marvel’s Guardians of the Galaxy” üçüncü şəxs perspektivli ekşen-macəra janrındadır. Oyun Marvel kainatının eyniadlı komikslərinə əsaslanır və özündə yalnız tək nəfərlik süjet kampaniyasını ehtiva edir.
Life is Strange: True Colors
“Life is Strange: True Colors” üçüncü şəxs perspektivli ekşen, macəra və interaktiv kino janrlarındadır. Oyun Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib.
Monster Hunter Stories 2: Wings of Ruin
“Monster Hunter Stories 2: Wings of Ruin” oyunu “Monster Hunter” oyun seriyasına daxildir. Seriyanın spin-offu (ayrılmış qolu) olan bu oyun 2016-cı ildə buraxılan “Monster Hunter Series” oyununun davamıdır.
Black Legend
“Blacklegend” ardıcıl strategiya və RPG janrlarındadır. Oyun Belçika və Hollandiya əfsanələrinə əsaslanır. Oyundakı hadisələr isə XVII əsrdə cərəyan edir.
Persona 5 Scramble: The Phantom Strikers
“Persona 5 Scramble: The Phantom Strikers” oyunu bu oyun seriyasının 5-ci hissəsində cərəyan edən hadisələri davam etdirir. Oyun RPG janrındadır. Süjetə görə “Persona 5” oyunundakı hadisələrdən 5 ay ötür.
Little Nightmares 2
“Little Nightmares 2” oyunu platformer və qorxu (horror ing.) janrlarındadır və eyniadlı seriyanın birinci hissəsinin davamıdır. Oyun krossplatformanı dəstəkləyir. Əvvəl oyunun yuxarıda qeyd olunan platformalar üçün buraxılmasına baxmayaraq daha sonra PlayStation 5 və Xbox Series X platformaları üçün də buraxılacaq.
Hitman 3
“Hitman 3” oyunu “Hitman” oyun seriyasının ümumilikdə 8-ci hissəsi olsa da, “World of Assassination” adlı yenidən buraxılmış seriyanın 3-cü hissəsidir. Artıq bir çoxlarına tanış olan bu oyun seriyası ilə əlaqədar vaxtı ilə eyniadlı film də ərsəyə gətirilmişdir. “Hitman” oyun seriyasının baş qəhrəmanı soyuqqanlı killer “Agent 47”-dir.