Spider-man: No Way Home filminin tizer treyleri və Dr. Osminoq

Nəhayət ki, Sony şirkəti bütün Marvel Kinematoqrafiya Kainatı və komikslərinin həvəskarlarını və əsasən də Hörümçək-adam superqəhrəmanını sevənləri sevindirdi. Bu gün “Spider-man: No Way Home” (Hörümçək-adam: Evə Yol Yoxdur azərb.) filminin ilk tizer treyleri təqdim olundu.

Növbəti State of Play təqdimatı 9 iyul tarixində keçiriləcək

Təqdimatın 9 dəqiqəsi Arkane Studios tərəfindən ərsəyə gətirilən “Deathloop” oyununa həsr olunacaq.

Uncharted 4 oyununun PC platformasına buraxılacağı gözlənilir

Sony 27 may tarixində investorlar üçün nəzərdə tutulan təqdimat keçirib. Təqdimat zamanı PlayStation platforması ilə əlaqədar maraqlı məlumatlar paylaşılıb. Sony şirkətinin təqdim etdiyi statistikaya əsasən PlayStation 5 konsolu əvvəlki nəsil konsollarla müqayisədə satışlara daha uğurlu başlayıb.

State of Play təqdimatında Horizon: Forbidden West oyunu yayımlanacaq

Bu dəfə Sony State of Play təqdimatında “Horizon: Forbidden West” oyununun qeympleyini təqdim edəcək. Bu barədə məlumat PlayStation bloqunda və rəsmi Twitter hesabında paylaşılıb.

PlayStation daha bir “State of Play” təqdimatını elan etdi

Təqdimatda üstünlük əsasən “Ratchet & Clank: Rift Apart” oyununa veriləcək. Belə ki, oyunun 15 dəqiqəlik qeympleyi təqdim olunacaq. Bununla yanaşı iki “indi” janrında olan oyuna vaxt ayrılacaq.

Hörümçək-adam filminin 3-cü hissəsinin altyazısı bəlli oldu

“Sony” şirkəti filmin altyazısını Sony Pictures Entertainment rəsmi YouTube hesabında paylaşdığı xüsusi videoçarxda elan edib. Marvel Film Dünyasına aid olan “Hörümçək-adam” film seriyasının rəsmi altyazısı “Evə Yol Yoxdur” (No Way Home ing.) olacaq.

PlayStation “Evdə oyna” aksiyası çərçivəsində “Ratchet & Clank” oyununu pulsuz paylaşacaq

PlayStation əvvəllər də dünya üzərinə çökən koronavirus pandemiyası ilə əlaqədar olaraq “Evdə oyna” (Play At Home ing.) şüarı ilə konsol sahiblərini pulsuz paylaşdığı oyunları ilə sevindirmişdi. “Evdə oyna” aksiyası koronavirus pandemiyası ilə əlaqədar özünü cəmiyyətdən təcrid etmək məcburiyyətdində qalan şəxslərə dəstək məqsədi daşıyır.