The Quarry

“The Quarry” üçüncü şəxs perspektivli qorxu və interaktiv dram janrlarındadır. Həm tək nəfərlik, həm də çox nəfərlik rejimləri dəstəkləyir. Oyunun ideyası 2015-ci ildə buraxılan “Until Dawn” oyunundan bəhrələnir.

Evil Dead: The Game

“Evil Dead: The Game” üçüncü şəxs perspektivli qorxu oyunu janrındadır. Oyun Unreal Engine mühərrikində ərsəyə gətirilib. Həm tək nəfərlik, həm də çox nəfərlik kooperativ oyun rejimlərini dəstəkləyir.

Trek to Yomi

Oyunda hadisələr Yaponiyada orta əsrlər və ya Edo dövründə cərəyan edir və gənc samuray Hirokinin hekayəsindən bəhs edir. Döyüş səhnələri qeympleyin əsasını təşkil edir. Oyunda həm yaxın döyüş, həm də uzaq döyüş texnikası mövcuddur.

ELEX II

“ELEX II” (Elex 2) üçüncü şəxs perspektivli ekşen, macəra və rol oyunu janrlarındadır. Eyniadlı oyun seriyasının 2-ci hissəsi və “ELEX” oyununun davamıdır. Yalnız tək nəfərlik rejimi dəstəkləyir.

Shadow Warrior 3

“Shadow Warrior 3” birinci şəxs perspektivli şuter və macəra janrlarındadır. Oyun Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib. “Shadow Warrior” seriyasının 3-cü hissəsi və “Shadow Warrior 2” oyununun davamıdır. Yalnız tək nəfərlik oyun rejimini dəstəkləyir.

Elden Ring

“Elden Ring” üçüncü şəxs perspektivli ekşen rol oyunu janrındadır. Oyun həm tək nəfərlik, həm də çox nəfərlik rejimləri dəstəkləyir.

Dying Light 2: Stay Human

“Dying Light 2: Stay Human” birinci şəxs perspektivli ekşen / rol oyunu və sağ qalma horroru janrlarındadır. Oyun C-Engine mühərrikində ərsəyə gətirilib.

Tom Clancy’s Rainbow Six Extraction

“Tom Clancy’s Rainbow Six Extraction” oyunu “Tom Clancy’s Rainbow Six” seriyasının sayca 22-ci buraxılışı, həmçinin “Rainbow Six Siege” oyununun spin-offudur. Oyun birinci şəxs perspektivli kooperativ şuter janrındadır.

Jurassic World Evolution 2

“Jurassic Park” oyun seriyasına daxil olan “Jurassic World Evolution 2” strategiya və simulyator janrlarındadır. Oyun məzmunu tək nəfərlik süjet kampaniyasından ibarətdir. Süjet kampaniyası 2018-ci ildə buraxılan “Jurassic World: Fallen Kingdom” filmindəki hadisələrin davamıdır.

Battlefield 2042

“Battlefield 2042” birinci şəxs perspektivli şuter janrındadır və “Battlefield” oyun seriyasına daxildir. Oyun Frostbite mühərrikində ərsəyə gətirilib. Seriyanın əvvəlki hissələrindən fərqli olaraq oyun yalnız çox nəfərlik rejimi dəstəkləyir.