Xəbərlər

“GGC” – G.aze Game Community Azərbaycan Oyun Portalı
Oyunlar, Filmlər, Proqram Təminatı, Texnologiya və Mobil Sənaye Haqda Ən Son Xəbərlər

2022-ci ilin iyun ayının ən maraqlı oyun buraxılışları – GGC SEÇİMİ

Siyahıya daxil olan oyunlar tərəfimizdən qeympley, süjet, qrafika, janr və digər xüsusiyyətlərinə, eləcə də, orijinallığına görə təhlil olunur. Biz ay ərzində artıq buraxılmış və hələ buraxılması planlaşdırılan oyunların xüsusiyyətlərini dərindən öyrənib, onlar haqqında kifayət qədər məlumat toplayıb, növbəti “seçmə oyunlar” siyahımızı sizə təqdim edirik.

“BioShock: The Collection” 2 iyunadək EGS-də pulsuz olacaq

“BioShock: The Collection” oyun toplusudur. Buraya “BioShock”, “BioShock 2” və “BioShock Infinite” oyunları daxildir.

PS5 Pro və yeni Xbox Series X|S konsolları haqqında ilk məlumat

təkmilləşdirilmiş konsolların 2023 və ya 2024-cü illərdə buraxılacağı planlaşdırılır. Eləcə də, yeni konsollar UHD-8K və 120 Hz tezliyi dəstəkləyəcək və AMD Radeon 7700XT videokartı ilə təchiz olunacaq.

Dota 2 oyunu üzrə The International 11 çempionatı Sinqapurda keçiriləcək

Xatırladaq ki, keçən il “The International 10” çempionatının qalibləri Rusiya Federasiyasını təmsil edən “Team Spirit” komandası olmuşdu. Onlar öz ölkəsinə 18.2 milyon ABŞ dolları ilə qayıtdılar.

“Greed Fall 2: The Dying World” 2024-cü ildə buraxılacaq – anons treyleri

Dünən, Spiders studiyası və Nacon “Greed Fall 2” oyununu anons ediblər. Eyni zamanda oyunun 2024-cü ildə PC, Xbox Series X|S və PlayStation 5 platformaları üçün buraxılacağı məlum olub.

“Call of Duty: Modern Warfare II”nin ilk qeympley videosu şəbəkəyə sızıb

Düzdür, videodan nəsə anlamaq çətindir, çünki cəmi 10 saniyə davam edir və olduqca keyfiyyətsizdir. Şəbəkədə yayılan bu görüntünün Activision tərəfindən hər yerdə məhdudlaşdırılması, onun məhz “Call of Duty: Modern Warfare II” oyununa aid olmasını bir daha təsdiqləyir.

Mobil platformalar üçün “Ni no Kuni” oyunu 25 may tarixində buraxılacaq

Eyni gündə oyun PC platformasına buraxılsa da, məşhur “Ni no Kuni” seriyasının mobil platformalar üçün adaptasiyası hesab olunur. Həmçinin oyun PC və mobil platformalar arasında krossplatforma funksiyasını dəstəkləyəcək.

“Dead Space Remake” 27 yanvar 2023-ci ildə işıq üzü görəcək

“Dead Space” oyununun remeyk versiyası üzərində çalışan Motive Studios dünən keçirdiyi canlı yayımda buraxılış tarixini açıqlayıb. Beləliklə, məşhur seriyanın birinci hissəsinin remeyk versiyasının gələn il 27 yanvar tarixində buraxılacağı planlaşdırılıb.

“Jotun: Valhalla Edition”, “Redout: Enhanced Edition” və “Prey” oyunları 15 mayadək EGS-də pulsuz olacaq

Adətən növbəti həftə pulsuz paylanılması planlaşdırılan oyunların adını öncədən bilsək də, bu dəfə Epic Games oyunun adını gizli saxlamağı qərara alıb. Görünür, gələn həftə istifadəçiləri daha maraqlı sürpriz gözləyir.

12-16 may tarixlərində “Fortnite”da qısametrajlı cizgi filmləri yayımlanacaq

Cizgi filmi həvəskarları bu festivalda artıq tanıdığı qəhrəmanlarla yanaşı, yeni obrazlar da görəcəklər. Festivalda yayımlanacaq qısametrajlı animasiyaların tam sayı açıqlanmasa da, onlardan üçünün ilk dəfə “Fortnite” oyununda təqdim olunacağı məlumdur.