PlayStation Showcase 10 sentyabr Bakı vaxtı ilə saat 00:00-da başlayacaq
PlayStation Showcase təqribən 40 dəqiqə davam edəcək. Təqdimat YouTube və Twitch kanallarında yayımlanacaq. Canlı yayım zamanı PlayStation 5 konsolu üçün planlaşdırılan layihələr, eləcə də 2021-ci ilin sonlarınadək və 2022-ci ilin əvvəllərində buraxılacaq oyunlar müzakirə olunacaq.
Rəsmi saytda verilən məlumata görə, təəssüf ki, bu təqdimat da yeni PlayStation VR texnologiyasından yan keçəcək.