198X oyunun PS4 və PC platformaları üçün buraxılış tarixi elan olundu
Hi-Bit şirkəti tərəfindən ərsəyə gətirilən “198X” oyununu PC və PS4 platformaları üçün 20 iyun 2019-cu il tarixdə əldə etmək mümkün olacaq. Oyun action janrında olsa da, dramatik çalarla əhatə olunub və bir yeniyetmənin böyüməsindən, keçid dövründən bəhs edir.
Süjetə əsasən Kid öz şəhərində arkada avtomatları olan bir məkan aşkar edir. Bu oyun avtomatlarında müxtəlif janrda oyunları oynayıb orada mükəmməl nəticələr əldə edərək real həyatda da güclənməyə başlayır. Elə bununla da, o, real həyatla oyun arasındakı sərhədləri artıq ayırd edə bilmir.
198X oyununun treylerini Sizə təqdim edirik: