Dünən Xbox konsolunun yaranmasının 20 illik yubileyinə həsr olunmuş canlı yayımda “Halo” serialının ilk tizeri təqdim olunub.
İlk dəfə 2001-ci ildə Microsoft və Bungie tərəfindən Xbox platforması üçün ərsəyə gətirilən birinci şəxs perspektivli şuter “Halo: Combat Evolved” oyun sənayesində qazandığı uğurla möhtəşəm seriyanın əsasını qoymuş oldu. Ümumilikdə 15 oyundan ibarət olan seriyanın növbəti hissəsinin (Halo Infinite) isə 8 dekabr tarixində buraxılacağı gözlənilir.
Dünən Xbox konsolunun 20 illik yubileyi ilə əlaqədar keçirilən canlı yayımda seriyanın nail olduğu uğurlarla yanaşı “Halo” serialının ilk tizeri də təqdim olundu. Serialın hələ 2013-cü ildə keçirilən E3 konfransında anons olunmasına baxmayaraq bugünədək onun taleyi barədə heç bir məlumat yox idi. Hazırda preymera tarixi bəlli olmasa da, serialın 2022-ci ildə Paramount+ kanalında yayımlanacağı elan olunub.