2022-ci ilin may ayı üçün bizim “seçmə oyunlar” siyahımıza 5 oyun daxil olub.
Siyahıya daxil olan oyunlar tərəfimizdən qeympley, süjet, qrafika, janr və digər xüsusiyyətlərinə, eləcə də, orijinallığına görə təhlil olunur. Biz ay ərzində artıq buraxılmış və hələ buraxılması planlaşdırılan oyunların xüsusiyyətlərini dərindən öyrənib, onlar haqqında kifayət qədər məlumat toplayıb, növbəti “seçmə oyunlar” siyahımızı sizə təqdim edirik.
2022-ci ilin may ayının seçmə oyunlarına buraxılış ardıcıllığı ilə aşağıdakılar daxildir:
- Trek to Yomi
- Ultimate Epic Battle Simulator 2
- Evil Dead: The Game
- Vampire: The Masquerade – Swansong
- Sniper Elite 5
Trek to Yomi
Flying Wild Hog və Devolver Digital tərəfindən Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib. Oyun tək nəfərlik ekşen janrındadır. Oyunun özünəməxsus ağ-qara və 2.5D formatlı stilistikası var.
“Trek to Yomi” 5 may 2022-ci il tarixində PC, PS4 / PS5 və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılıb.
Ultimate Epic Battle Simulator 2
Brilliant Game Studios tərəfindən ərsəyə gətirilib. “Ultimate Epic Battle Simulator” genişmiqyaslı döyüş simulyasiyası seriyasının 2-ci hissəsidir. Texniki və qrafika cəhətdən təkmilləşən “Ultimate Epic Battle Simulator 2″də oyunçular xəritəyə eyni zamanda 1 milyondan çox personaj yükləyə bilərlər.
“Ultimate Epic Battle Simulator 2” 12 may 2022-ci il tarixində yalnız PC platforması üçün buraxılacaq. Hələ ki, oyunu yalnız “Steam” rəqəmsal mağazasından əldə etmək mümkündür.
Evil Dead: The Game
Saber Interactive və Boss Team Games tərəfindən Unreal Engine mühərrikində ərsəyə gətirilib. Qorxu janrındadır. Həm tək nəfərlik, həm də çox nəfərlik oyun rejimlərini dəstəkləyir. “Evil Dead: The Game” eyniadlı qorxulu film seriyasına əsaslanır.
“Evil Dead: The Game” 13 may 2022-ci il tarixində PC, PS4 / PS5 və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq. Oyunun eləcə də Nintendo Switch platformasına buraxılacağı gözlənilir. Lakin buraxılış tarixi barədə hələ heç bir məlumat yoxdur.
Vampire: The Masquerade – Swansong
Big Bad Wolf və Nacon tərəfindən Unreal Engine mühərrikində ərsəyə gətirilib. Tək nəfərlik rol-oyunu janrındadır. Oyun “Vampire: The Masquerade” stolüstü oyunundan qaynaqlanır və çoxşaxəli “World of Darkness” oyunları seriyasının bir hissəsidir.
“Vampire: The Masquerade – Swansong” 19 may 2022-ci il tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformaları üçün buraxılacaq.
Sniper Elite 5
Rebellion tərəfindən ərsəyə gətirilib. Üçüncü şəxs perspektivli şuter janrındadır. Həm tək nəfərlik, həm də çox nəfərlik (PvP / co-op) rejimləri dəstəkləyir. “Sniper Elite” seriyasının sayca 11-ci buraxılışıdır.
“Sniper Elite 5” 26 may 2022-ci il tarixində PC, PS4 / PS5 və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq.