“Short Nite 2” festivalı 23 iyuldan 25 iyul tarixinədək davam edəcək
Festival çərçivəsində müxtəlif janrlarda olan qısametrajlı animasiyalar və həmçinin “Glideguy” cizgi filminin bir neçə seriyası göstəriləcək. Həmçinin “Glideguy Gets Up!” animasiyasının qlobal premyerası da “Fortnite” oyununda baş tutacaq. Premyera müğənni Emma Stivensin musiqisi ilə müşayiət olunacaq.
Epic Games şirkətinin rəsmi saytında verilən məlumata görə ümumilikdə 40 dəqiqə davam edəcək şounu hər kəs 23 iyul Bakı vaxtı ilə saat 22:00-dan başlayaraq 25 iyul Bakı vaxtı ilə saat 04:00-dək izləyə bilər. Bununla yanaşı oyunçular PiP (Picture-in-Picture) funksiyasından yararlanaraq eyni anda həm şounu izləyə, həm də Battle Royale qarşılaşmalarına qoşula bilərlər. Bunun üçün oyunun ayarlarında müvafiq funksiyanı aktivləşdirmək lazımdır.

“Glideguy Gets Up!” animasiyasının premyerası ilə əlaqədar “Fortnite” oyundaxili mağazasına “Glideguy” dəsti əlavə olunacaq. Dəsti əldə etmək istəyən hər kəs 23 iyul Bakı vaxtı ilə saat 04:00-dan sonra bu təklifdən yararlana bilər.
QEYD: Təəssüf ki, Epic Games şirkətinin müəlliflik hüquqlarının qorunması siyasətinə əməl edərək GGC canlı yayımda bu şounu sizə təqdim edə bilməyəcək. Odur ki hər biriniz bu möhtəşəm festivala dəvətlisiniz!
Xatırladaq ki, hazırda Azərbaycan Əyləncə və Oyun İcması Epic Games şirkətinin həmkarıdır. Epic Games Store rəqəmsal mağazasından hər hansı oyun və ya proqram təminatını, eləcə də “Fortnite” oyununda oyundaxili valyutanı (V-bucks ing.) ödəniş edib əldə edərkən bizim xüsusi müəllif kodumuzu qeyd edib icmamıza dəstək olmağı unutmayın.
Müəllif kodumuz: