“Alan Wake Remastered” 5 oktyabr tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq
“Alan Wake Remastered” öz sələfi ilə müqayisədə xeyli təkmilləşdirilib. Oyunda işıqlandırma, personajların modelləri, üz cizgiləri, emosiyaları və ümumilikdə ətraf mühitin detalizasiyası üzərində kifayət qədər iş görülüb. Bunlarla yanaşı orijinal versiyadan fərqli olaraq oyundan reklam xarakterli məzmun ləğv olunub və oyun dünyasının dolğunluğunu təmin etmək üçün bəzi xırda elementlər əlavə olunub.
Sözsüz ki, təkmilləşdirmə oyundaxili videoçarxlardan da yan keçməyib. Videoçarxlarda personajlar və ətraf mühit artıq daha canlı və aydın təsvir olunub.
Xbox rəsmi “YouTube” kanalında oyunun təkmilləşdirilmiş versiyası ilə orjinalı arasında olan fərqi oyunçulara daha aydın təsvir etmək üçün müqayisəli treyler təqdim edib. Treyler həm qeympley, həm də videoçarxlardakı dəyişiklikləri özündə ehtiva edir.
“Alan Wake Remastered” hər üç platformada dayanıqlı 60 FPS ilə 4K ölçüsünü dəstəkləyir. Xbox Series S konsolunda isə oyun dayanıqlı 60 FPS ilə maksimum 1080p ölçüsünü dəstəkləyir.
PC platformasında oyunu yalnız Epic Games Store rəqəmsal mağazasından əldə etmək mümkündür.
Azərbaycan Əyləncə və Oyun İcmasına dəstək olmaq üçün “Alan Wake Remastered” oyununu bu keçid vasitəsilə əldə edə bilərsiniz: