“Aliens: Fireteam” bu ilin yay aylarında PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S platformaları üçün buraxılacaq
Cold Iron Studios tərəfindən ərsəyə gətirilən yeni kooperativ şuter (co-op shooter ing.) elmi fantastik qorxu (Sci-Fi horror ing.) janrında olan “Aliens” oyun seriyasına aiddir. Öz növbəsində isə “Aliens” oyun seriyası eyniadlı film seriyasından bəhrələnir.
Yeni kooperativ şuter 3-cü şəxs perspektivində (third-person shooter ing.) olacaq.
“Aliens: Fireteam”-in hekayəsinə əsasən bu seriyadan olan sonuncu oyundakı hadisələrdən 23 il ötür.
Oyunçuların bir-birilə qarşılıqlı təsir və birgə oyun imkanlarını mümkün qədər genişləndirmək üçün oyunda 5 fərqli ixtisas realizə olunub. Bunlar: Kəşfiyyatçı, atıcı, həkim, bombardmançı və texnikdir. Oyunçu ixtisaslarının fərqli olduğu kimi əks tərəfdə olan yadplanetli varlıqların da fərqli növləri var. Ümumilikdə 20-dən çox fərqli növü olan yadplanetli varlıqlardan 11 növü ksenomorflara aiddir. Bu səbəbdən oyunçular hücum dalğalarını dəf etmək üçün müxtəlif taktikalardan istifadə etməli olacaqlar.
“Aliens: Fireteam” oyununun anons treylerini təqdim edirik: