AMD Radeon RX 6700 XT 18 mart tarixində buraxılacaq
AMD şirkəti yeni videokartının 1440p QHD (2560×1440 Quad HD) ölçüsü üçün nəzərdə tutulduğunu vurğulayır. Radeon RX 6700 XT GDDR6 12Gb video yaddaşa malikdir.
Anons çərçivəsində şirkətin qrafik bölməsinin korporativ vitse-prezidenti Skot Herkelman öz çıxışında qeyd edib ki, Radeon RX 6700 XT videokartı 3-4 il müddətində öz videokartını dəyişməyən oyun həvəskarları üçün əvəzolunmaz seçimdir.
Şirkət videokartın “CS:GO”, “Valorant” və digər bu kimi kiberidman oyunlarında 165 FPS təmin edəcəyinə əmin edir.

Radeon RX 6700 XT-nin şirkət tərəfindən tövsiyə olunan qiyməti 480 ABŞ dollarıdır. Öz kateqoriyasında olan Nvidia GTX 1070Ti (8Gb) və RTX 2080 Super (8Gb) videokartları ilə müqayisədə əsaslı üstünlüyə malikdir. RTX seriyasından olan videokartın Radeon RX 6700 XT ilə müqayisədə bir üstünlüyü şüa izləmə funksiyasını dəstəkləməsidir.

