Bu ilin fevral ayının 22-sində PC, Xbox və PS4 platformaları üçün buraxılan “Anthem” oyununda ciddi problemlər aşkar olunub.
Belə ki, PS4 platformasının sahibi olan bir çox istifadəçilər oyunu oynayarkən PS4 konsolunun sıradan çıxaraq sönməsini qeyd edərək, bu halın hər dəfə təkrarlandığını bildiriblər. Bu onların PS4 konsolunun ümumi fiziki keyfiyyətinə, yaddaş blokuna ziyan vuracağı üçün ehtimal yaradır. Faktla əlaqədar bir çox oyunçular “SONY” şirkətindən hüquqlarını tələb edərək, “Anthem” üçün verdiyi pulları geri istəmişlər. “SONY” şirkəti isə onların bəzilərinin tələblərini ödəmiş, digərlərinə isə oyunda olan texniki problemlərin aradan qaldırılmasınadək gözləmələrini tövsiyə etmişdir. Qeyd edək ki, “PSN” qaydalarına əsasən istifadəçi yalnız 2 həftə müddətində “refund” irəli sürərək öz haqlarını tələb edə bilərlər.
“EA” “Anthem” oyunundakı nasasızlıqların PS4 konsollarının sönməsi faktına səbəb olmasını təsdiq edib və tərəflərindən hazırda məsələnin həlli yollarının axtarılmasını qeyd edib.