Netlfix servisində yayımlanan “Arcane” cizgi filminin 2-ci aktının premyerası 13 noyabr tarixində baş tutacaq
League of Legends əsasında çəkilən “Arcane” cizgi-serialının 3 seriyadan ibarət olan ilk aktını artıq internet resurslarında müxtəlif dillərdə izləmək mümkündür. Cizgi-serial tənqidçilər və izləyicilər tərəfindən yüksək qiymətləndirilib.
Hazırda “Arcane” cizgi-serialının ilk sezonunun 3 aktdan ibarət olacağı məlumdur. Hər akta isə bir qayda olaraq 3 seriya daxildir. Növbəti aktın premyerası 13 noyabr tarixində Netflix servisində baş tutacaq. Bu həftənin 6-cı günü LoL həvəskarlarını Piltover və Aşağı şəhər münaqişəsinin yeni mərhələsi gözləyir!