Rus oyun studiyası Mundfish tərəfindən yaradılan “Atomic Heart” bu il ərzində PC və konsollar üçün buraxılacaq
“Atomic Heart” birinci şəxs perspektivli şuterdir(first-person shooter ing.). Oyun RPG elementlərini də özündə ehtiva edir.
Mundfish öz oyununu 2018-ci il tarixində anons etmişdi, lakin bu günədək rəsmi buraxılış tarixi barədə heç bir məlumat verməyib. Hazırda məlum olan oyunun PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S platformaları üçün bu il ərzində buraxılacağı ehtimalıdır.

Hadisələrin alternativ SSRİ dövründə cərəyan etdiyi “Atomic Heart” detallaşdırılmış oyun qrafikası hesabına fotorejim vasitəsilə, həqiqətən də, maraqlı anları çəkməyə imkan yaradır.
Qeyd edək ki, “Atomic Heart” Unreal Engine 4 oyun mühərrikində yaradılır.
“Atomic Heart”ın fotorejimindən bəhs edən qeympley treylerini sizə təqdim edirik: