“Marvel’s Avengers”in növbəti əsas personajı Hörümçək-adam artıq 30 noyabr tarixində oyuna əlavə olunacaq
Elə buraxıldığı gündən oyun oyunçular tərəfindən həm sıxıcı məzmununa, həm də texniki vəziyyətinə görə tənqidə məruz qalır. Buna baxmayaraq Square Enix və Crystal Dynamics oyunun vəziyyətinin yaxşılaşdırılması məqsədilə hələ də vaxtaşırı yeniləmələr əlavə edirlər.
Keçən il PC, PlayStation və Xbox platformaları üçün buraxılan “Marvel’s Avengers” oyununa növbəti yenilənmə ilə 30 noyabr tarixində Hörümçək-adam əlavə olunacaq. Təəssüf ki, bu personaj yalnız PlayStation platforması üçün nəzərdə tutulub.
Hörümçək-adamın oyuna əlavə olunması münasibətilə təqdim olunan treylerdə “Qisasçılar” komandasının sıralarını dolduran yeni superqəhrəmanın kostyumunu daha yaxından müşahidə etmək mümkündür.