1 oktyabr tarixindən etibarən “Park Cinema” və “CinemaPlus” kinoteatr şəbəkələri öz fəaliyyətlərini qismən bərpa edirlər
Nəhayət ki, il yarımdan sonra Azərbaycan kinoteatrları öz fəaliyyətlərini qismən də olsa bərpa edəcək. Bu barədə “Park Cinema” və “CinemaPlus” kinoteatr şəbəkələrinin rəsmi “Facebook” səhifələrində müvafiq məlumat paylaşılıb.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin verdiyi məlumata görə 1 oktyabr tarixindən ümumi yer sayının yarısından çox olmamaq şərti ilə kinoteatrların fəaliyyəti bərpa edilir.
Xatırladaq ki, COVID-19 koronavirus pandemiyası ilə əlaqədar 14.03.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikasında kinoteatrların fəaliyyəti məhdudlaşdırılmışdı.
Yaxın zamanda kinoteatrlarda təqdim olunacaq filmlər haqqında sizə ətraflı məlumat verəcəyik.