Bu barədə məlumatı Azərbaycan oyun studiyası “AzDimension” sosial şəbəkələrdəki rəsmi hesablarında paylaşıb.
Hələlik adı açıqlanmayan oyunun hazırlanma prosesinin hazırda hansı mərhələdə olması barədə dəqiq məlumat olmasa belə, studiyanın rəsmisi Fərid Haqverdiyev “Facebook” hesabında şərhləri cavablandırarkən oyunun PC platforması üçün buraxılacağını təsdiqləyib.
Rəsmi mənbədən aldığımız məlumata görə oyun sağ qalma (survival ing.) elementləri olan ekşen (action ing.), RPG və Sci-Fi janrlarındadır. Bu janrları özündə birləşdirən oyunun kifayət qədər perspektivli ola biləcəyini düşünürük.
Yerli “AzDimension” oyun studiyasının uğurlarına inanırıq və sizi də onlara dəstək olmağa dəvət edirik!