Eurogamer, VGC və ardı ilə Gematsu xarici xəbər saytları yeni Dead Space oyunu ilə əlaqədar məlumat yayıblar
Xarici mənbələrin paylaşdığı məlumata görə yeni “Dead Space” oyunu EA Motive tərəfindən ərsəyə gətirilir. Oyunun 22 iyul tarixində keçiriləcək “EA Play Live” konfransıda anons olunacağı gözlənilir.
İndi isə daha ətraflı…
“Eurogamer” xəbər saytı “GamesBeat”in əməkdaşı Cef Qrabbın sözlərinə əsaslanaraq Electronic Arts tərəfindən bir ay sonra keçiriləcək konfransda köhnə seriyalardan yeni oyunun təqdim olunacağı barədə məlumat paylaşıb. Eynilə oxşarməzmunlu xəbəri “VGC” saytı da paylaşıb. “Eurogamer” saytında yazılan məqalədə Cefin sözügedən layihəyə dair fikirləri sitat gətirilərək, onun “Dead Space” oyununa işarə etdiyi bildirilib.
Sitat:
“We’re going to see it… if we’re not dead first.”

Daha sonra isə “Gametsu” yuxarıda qeyd olunanları təsdiqləyərək “EA Play Live” konfransında həqiqətən də “Dead Space”in anons olunacağı barədə məlumat paylaşıb.
Gematsu yazır:
Electronic Arts will announce a Dead Space revival during its EA Play Live digital event on July 22, according to VentureBeat writer Jeff Grubb in the latest GamesBeat Decides podcast, which was picked up by VGC.
Qeyd edək ki, yeni “Dead Space” oyununun mövcud trilogiyadakı hadisələri davam etdirməyəcəyi ehtimal olunur.
Xatırladaq ki, “Dead Space” oyun seriyası üç hissədən ibarətdir. Sonuncu “Dead Space 3” oyunu 05.02.2013-cü il tarixində PC, PS3 və Xbox 360 platformalarına buraxılıb. Seriyanın digər hissələrindən fərqli olaraq oyun ikinəfərlik kooperativ rejimi də dəstəkləyir. “Dead Space” kifayət qədər geniş oyunçu kütləsinə malik olsa da, sonuncu hissə uğursuzluğa düçar olduğundan EA layihəni birdəfəlik bağlamaq qərarına gəlir.
İndi isə, görünür, biz seriyanın yenidən geri dönüşünün şahidi ola bilərik. Ümid edirik ki, 22 iyul tarixində keçiriləcək konfrans heç bir sualımızı cavabsız qoymayacaq.