Activision Blizzard-a məxsus PC platforması üçün nəzərdə tutulan “Battle.net” tətbiqi yüklənmiş yenilənmə ilə fərqli dizayna keçid etdi. Yeni dizayna keçid mərhələli şəkildə həyata keçirilib. Bəzi istifadəçilər artıq yanvar ayının əvvəlindən yenilənmiş dizayna keçid etmiş olsalar belə, biz onu qiymətləndirə bilməmişdik.
Activision Blizzard öz “Battle.net” tətbiqi üçün artıq müasir, minimalizm çalarlı və özündə daha çox informasiyanı ehtiva edən geniş interfeysə malik dizayna üstünlük verib. Necə deyərlər müasir problemlər – müasir həlləri tələb edir. Təəssüf ki, Activision “Call of Duty” seriyasından olan oyunlarına belə məsuliyyətlə yanaşmır – bu isə tam başqa bir mövzudur.
Ümumilikdə tətbiqin tərkib hissələri dəyişməsə də, siyahıda olan dostlarınızla qarşılıqla əlaqə üçün təkmilləşdirilərək bir qədər sosial yönümlü olub. Köhnə dizayna nisbətdə isə hər şəy artıq daha anlaşılan formada realizə olunub. Bu yeniliklər artıq hər kəs üçün qüvvəyə mindiyindən, siz də “Battle.net” tətbiqini yükləyib dəyişiklikləri şəxsən müşahidə edə bilərsiniz. Hər bir halda bu barədə sizdə təsəvvür yaratmaq üçün, yeni dizaynda olan interfeysin şəkillərini təqdim edirik: