PC, PlayStation 5 və Xbox Series X|S platformaları arasında tam krosspley funksiyası dəstəklənəcək
Bu barədə məlumatı EA və DICE təsdiqləyib. EA şirkətinin rəsmi saytında qeyd olunan məlumata görə “Battlefield 2042” PC, PS5 və Xbox Series X|S platformaları arasında tam krosspley funksiyasını dəstəkləyəcək. Öz növbəsində oyunun ayarlarında krosspley funksiyasından imtina etmək də mümkün olacaq.

O ki qaldı PS4 və Xbox One konsollarına, bu halda oyunçular krossproqres funksiyasında yararlanaraq öz oyun proqreslərinə istənilən platformaya daşıya bilərlər. Eləcə də PS4 və Xbox One platformaları arasında da krosspley funksiyası dəstəklənəcək.
Qeyd: Krossproqres funksiyası əvvəlki nəsil konsollar da daxil olmaqla bütün platformalar arasında dəstəklənəcək.
Xatırladaq ki, “Battlefield 2042” oyunu 22 oktyabr tarixində PC, PS4 / PS5, Xbox One və Xbox Series X|S platformalarına buraxılacaq.