Oyundakı nasazlıqları aradan qaldırmaq üçün birinci düzəlişlər paketinin bu gün, ikinci düşəlişlər paketinin isə dekabrda əlavə olunacağı nəzərdə tutulub
DICE studiyası “Battlefield 2042” oyununa iki düzəlişlər paketinin əlavə olunacağı barədə məlumat verib. Düzəliş paketləri ilk növbədə oyunun texniki vəziyyətinin ümumi optimizasiyası və qeympleydə mövcud olan disbalansın aradan qaldırılmasaı üçün nəzərdə tutulub. Birinci düzəlişlər paketinin bu gün, ikinci düzəlişlər paketinin isə dekabr ayının əvvəli oyun əlavə olunacağı nəzərdə tutulub. Düzəlişlər oyunun buraxıldığı bütün platformaları əhatə edəcək. Əlavə məlumat əldə etmək üçün aşağıdakı keçid vasitəsilə rəsmi saytın müvafiq bölməsini ziyarət edə bilərsiniz:
Qeyd edək ki, bir neçə gün əvvəl PC, PS4 / PS5 və Xbox One / Xbox Series X|S platformalarına buraxılan birinci şəxs perspektivli çox nəfərlik şuter “Battlefield 2042” oyunçular tərəfindən heç də xoş qarşılanmamışdı. Tənqidçilər oyunu bir çox xüsusiyyətlərinə görə tərifləsələr də, oyunçular qeyd olunan məqamlarla razılaşmayıb. Elə sınaq mərhələsindən oyunda olan ciddi çatışmazlıqlar və nasazlıqlara görə sərt tənqidə məruz qalan yeni “Battlefield” buraxıldıqdan sonra daha şiddətli tənqidlə üzləşib. Səbəbi isə sadədir – sınaq mərhələsindəki nasazlıqların əksəriyyəti oyunun buraxılış versiyasında olduğu kimi qalıb, hətta bəzi məqamlarda daha da pisləşib. Oyunçuları narahat edən digər bir məsələ isə “Battlefield 2042″də seriyanın hər kəs tərəfindən sevilən ənənəvi xüsusiyyətlərinin bir qisminin olmamasıdır.
Yaranan vəziyyətə, nəhayət ki, diqqət yetirməyə qərar verən Activision və DICE hazırda oyundakı texniki nasazlıqların və disbalansın aradan qaldırılması üçün çalışır.