Yeni qeympley videoları personajın yaradılması, kastomizasiyası və oyun dünyasının tədqiqi ilə bağlıdır
Buraxılış tarixi bir neçə dəfə dəyişdirilən “Biomutant” nəhayət ki, 25 may tarixində PC, PS4 və Xbox One platformaları üçün buraxılacaq. Oyun haqqında növbəti ətraflı material “Game Informer” xəbər agentliyi tərəfindən təqdim olunub. Postapokaliptik “Biomutant” dünyasında oyunçular tərəfindən idarə olunan personaj yenota bənzəyən mutasiyaya uğramış heyvandır. Oyunda mövcud olan geniş kastomizasiya imkanları sayəsində personajın xarici görünüşünü nəzərəçarpacaq dərəcədə dəyişmək mümkündür. Personajı yaradan zaman kastomizasiya ilə yanaşı ixtisas və cins seçimi təqdim olunur. Burada bir-birindən müxtəlif xüsusiyyətlərinə görə fərqlənən 6 cins və 5 ixtisas mövcuddur.
İxtisaslar:
- Dead-eye
- Commando
- Psi-freak
- Saboteur
- Sentinel
Cinslər:
- Primal
- Dumdon
- Rex
- Hyla
- Fip
- Murgel

Seçdiyiniz ixtisas və cinsdən asılı olaraq qeympley elementləri dəyişir. Personajın soyuğa, istiliyə, radioaktiv və bioloji təhlükəli mühitə dözümlülük dərəcəsini təyin etmək də mümkündür. Qeyd olunan xüsusiyyətlərin köməyi ilə hər bir oyunçu “Biomutant” dünyasında özünə uyğun personaj yarada bilər.
“Biomutant” dünyasının tədqiqi ilə bağlı “Game Informer” tərəfindən təqdim olunan 12 dəqiqəlik 4K ölçülü qeympley videosu isə sizdə oyun haqqında müəyyən qədər təəssürat yaradacaq.